Azərbaycan Reqbi Federasiyası

Azərbaycan Reqbi Federasiyası — Azərbaycandakı idman federasiyalarından biri.

Azərbaycan Reqbi Federasiyası

Haqqında[redaktə | mənbəni redaktə et]

İlk dəfə 2004-cü ildə təsis edilən Azərbaycan Reqbi Federasiyası (ARF) bundan bir il sonra Avropa Reqbi Assosiasiyasına üzv qəbul olunub. Lakin hələ də federasiyanın Beynəlxalq Reqbi Şurasına (İRB) üzvlüyü təmin edilməyib. Bu İRB-nin qoyduğu tələblə bağlıdır: Ən azı 10 komandanın iştirakı ilə çempionat keçirilməlidir ki, üzvlüyə qəbul olunsun. Bu şərti yerinə yetirmək hələlik mümkün deyil. Çünki maliyyə imkanları aşağı səviyyədədir. Klub yaratmaq üçün kifayət qədər vəsait lazımdır.

Reqbi üzrə Azərbaycan yığma komandası Avropa Millətlər Kubokunun 3D divizionunda mübarizə aparırdı.

2017-ci ilin sentyabr ayında fəaliyyətini dayandırıb.[1]

2020-ci ilin iyul ayından Azərbaycan Reqbi Federasiyası yeni rəhbərliklə öz fəaliyyətini bərpa edib.

İdarə Heyəti[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanda federasiya fəaliyyətini dayandırdı Arxivləşdirilib 2017-12-18 at the Wayback Machine. qafqazinfo.az, 12.09.2017  (az.)
  2. "Arxivlənmiş surət". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
  3. "Arxivlənmiş surət". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
  4. "Azərbaycan Reqbi Federasiyasının regionlar üzrə vitse-prezidenti: Qarayev Səbuhi Həsən oğlu". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]