Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı[3]; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri[4][5] (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019)[6][7]; Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.)[8][9]; Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi[10][11]; "Gəncə" voleybol klubunun prezidenti[12][13].
Elvar Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elvar Eldar oğlu Osmanov |
Vətəndaşlığı | |
Milliyəti | Azərbaycanlı |
Doğum tarixi | 8 avqust 1987 (36 yaş) |
Doğum yeri | |
Təhsili | |
Boyu | 160 sm |
Çəkisi | 57 kq |
İdman növü | sambo[1] |
Karyera illəri | 2004[2] — h.h. |
7.12.2019 tarixində yenilənib. |
Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır.[3]
Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb.[14][15][16]
Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub.
2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib.
2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.
2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur.
2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir.
2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
Ailəlidir bir övladı var.
2010-cu ildə Qusarda[17] keçirilən Universal döyüş üzrə Avropa Çempionatında[18] 2-ci yer olub.
2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yer olub.
2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Döyüş sambosu üzrə Avropa Çempionatında[19][20] 3-cü yer olub.[21][22][23]
Elvar Osmanov 2016-cı ildən Gəncə İdman Klubunun həmtəsisçisidir.[24]
Gəncə İK-ya rəhbərlik etdiyi vaxtdan cüdo idman növü üzrə baş məşqçi Samir İsmayılov[25] Usta cüdoçular arsında Avropa çempionu olub.[26][27] Gəncə İK-nın fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov "Minsk 2019" II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan A. Səmədov ikincilik əldə edərək gümüş medala sahib olub.[15]
22 yanvar 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.[6][7]
2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidentidir.[28]
2015: Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə idman sahəsində fərqləndiyinə görə təltif edilib.
2019: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi ilə əlaqədar gənclər və idman sahəsində göstərdiyi xidmətə görə Fəxri Fərman.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |