Səbuhi Qarayev

Səbuhi Qarayev (29 iyun 1980, Kəngərli, Ağdam rayonu) — Azərbaycanlı idman idarəçisi və məşqçi, "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktoru (2012–h.h.); Qəbələ İdman Klubunun ümumi işləri üzrə kordinatoru (2016–h.h.); Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2017); Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti (2020–h.h.)

Səbuhi Qarayev
Səbuhi Həsən oğlu Qarayev
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi (44 yaş)
Doğum yeri Kəngərli, Ağdam rayonu, Azərbaycan SSR
Təhsili Bakı Dövlət Universiteti
Boyu 1.70 sm
Çəkisi 81 kq
İdman növü ciu-citsu, cüdo, sambo
İdman dərəcəsi Azərbaycan Respublikasının əməkdar məşqçisi
Komandası Qəbələ İdman Klubu
Medallar
19.12.2021 tarixində yenilənib.

İdmanın cüdo, sambo, ciu-citsu növləri ilə məşğul olmuş, bir neçə beynəlxalq və respublika miqyaslı turnirlərin qalibidir.

A.R. Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ilin yekunlarına görə "Bədən Tərbiyəsi və İdmanın İnkişafında Xidmətlərinə Görə" fəxri diplomu[1][2][3], 2021-ci ildə şəxsən müdafiə naziri Zakir Həsənov tərəfindən “Azərbaycan ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə” fəxri fərmanı ilə təltif olunmuşdur.

Səbuhi Həsən oğlu Qarayev 29 iyun 1980-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Orta təhsilini 1-6-cı siniflərdə Kəngərli kənd orta məktəbində, 7-8 ci siniflərdə Bakı şəhər 94 saylı, 9-11 ci siniflərdə isə 238 saylı məktəblərdə alaraq 1997-ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2003-cü ildə magistr pilləsini bitirmişdir.

2000-ci ildə cüdo üzrə tələbələr arasında Azərbaycan Çempionatında 3-cü, Ciu-citsu üzrə 2000-ci ildə Bakıda keçirilən Zaqafqaziya çempionatında 1-ci, Tbilisidəki Şərqi Avropa Çempionatında 2001-ci ildə 3-cü, 2003-cü ildə isə 1-ci yer olub.

2004-2005-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir, ehtiyatda olan zabitdir.

2012-2015 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktorluğu pilləsində təhsil almış, lakin müdafiə etməmişdir.

Cüdo üzrə idman ustalığına namizəd və 1 dekabr 2017-ci ildən Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.[4][5]

2012-ci ildən "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktorudur. Klubda 5 döyuş növü və futbol bölməsi fəaliyyət göstərir.

2013-cü ildən "Qəbələ" İdman Klubunda cüdo, 2014-cü ildən döyüş növləri bölmələrinin rəhbəri[6][7] vəzifələrində çalışmışdır. 2016-cı ildən klubun ümumi işlər üzrə koordinatorudur.[8]

2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının vitse-prezidentidir.[9][10]

Evlidir, üç övladı var.

  1. "İlin ən yaxşıları mükafatlandırıldı". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  2. "Oxu.Az Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTO/VİDEO". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  3. "Nazirlik idman sahəsindəki şəxsləri mükafatlandırıb - Siyahı". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  4. "Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2019-cu ildə ölkə və beynəlxalq idman yarışlarında müvəffəqiyyətlə çıxış etmiş idmançılarla görüşmüşdür". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  5. "Qəbələ icra başçısı uğur qazanan idmançılarımızla görüşdü". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  6. "Pərviz Abdullayev üçün növbəti sınaq". 2021-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  7. ""Qəbələ"dən növbəti yenilik". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  8. "Azərbaycanda ilk dəfə keçiriləcək MMA döyüşlərinə xarici ölkələr də qatılacaq". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  9. ""Sağlam bədəndə sağlam ruh" şüarı altında reqbi idman növünün təqdimatı keçirilib". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  10. "Masazır Hədəf Liseyində reqbi idman növünün təqdimatı keçirilib". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]