Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutu[1].

Azərbaycan Respublikasının Təhsil İnstitutu
ARTİ
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1931
Ünvan Baki, A. Cəlilov küçəsi, 86
Sayt arti.edu.az

Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli, 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi- tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı və onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir:

1931-ci ilin iyul ayından 1932-ci ilin oktyabr ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu;

1932-ci ilin oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;

1934-cü ilin oktyabr ayından 1934-cü ilin dekabr ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;

1934-cü ilin dekabr ayından 1936-cı ilin avqust ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;

1936-cı ilin avqust ayından 1937-ci ilin dekabr ayınadək – V. İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;

1938-ci ilin yanvar ayından 1938-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;

1938-ci ilin iyun ayından 1946-cı ilin yanvar ayınadək – Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu;

1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;

1951-ci ilin yanvar ayından 1977-ci ilin mart ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;

1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu;

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı[2] ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır.

  1. Surxay Hacıyev (1. iyul 1931 – 10. yanvar 1934)
  2. Qulam Məmmədov (10. yanvar 1934 – 20. aprel 1935)
  3. Yunis Hacıyev (20. aprel 1935 – 17. iyun 1935)
  4. İsrafil Şeyxzaman (17. iyun 1935 – 8. avqust 1936)
  5. Davud Rəsulzadə (8. avqust 1936 – 25. yanvar 1937)
  6. İlyas Musayev (25. yanvar 1937 – 15. oktyabr 1937)
  7. Abdulla Salayev (15. oktyabr 1937 – 17. iyun 1938)
  8. İsrafil Şeyxzaman (17. iyun 1938 – 20. fevral 1940)
  9. Teymur Cabbarlı (20. fevral 1940 – 10. mart 1941)
  10. Calal Əfəndiyev (10. mart 1941 – 21. iyul 1944)
  11. Məmməd İsaxov (21. iyul 1944 – 22. may 1946)
  12. Cəmo Cəbrayılbəyli (22. may 1946 – 16. sentyabr 1950)
  13. Mərdan Muradxanov (17. sentyabr 1950 – 16. sentyabr 1950)
  14. Bəylər Ağayev (22. may 1946 – 16. sentyabr 1950)
  15. Əsədulla Əbdürrəhimov (26. iyul 1952 – 13. aprel 1955)
  16. Məmməd Ələkbərov (13. aprel 1955 – 14. oktyabr 1959)
  17. Mirzə Məmmədov (14. oktyabr 1959 – 26. sentyabr 1974)
  18. Nurəddin Kazımov (26. sentyabr 1974 – 20. may 1976)
  19. Zahid Qaralov (20. may 1976 – 21. noyabr 1984)
  20. Yəhya Kərimov (21. noyabr 1984 – 29. aprel 1987)
  21. Zahid Qaralov (29. aprel 1987 – 2. fevral 1996)
  22. Şəmistan Mikayılov (31. yanvar 1996 – 14. iyul 2000)
  23. Abdulla Mehrabov (28. fevral 2001–15. avqust 2014)
  24. Qulu Novruzov (15. avqust 2014 – 6. aprel 2016)
  25. Emin Əmrullayev (2016–27 iyul 2020)
  26. Rüfət Əzizov (07.01.2021 – 13 sentyabr 2023)

ARTİ təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, pedaqoji, psixoloji, sosial, iqtisadi, fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri və səviyyələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri və praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Fəaliyyətinin əsas məqsədi təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir. ARTİ-nin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

— təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsivə strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması;

— təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması;

— elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı;

— müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların təhsilin keyfiyyət standartlarının hazırlanması;

— müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla (o cümlədən olimpiadalara hazırlıq) işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması;

— elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması;

— milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi.

  1. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  2. "Arxivlənmiş surət". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]