İsgəndər Allahverdiyev

İsgəndər İmamverdi oğlu Allahverdiyev (11 fevral 1947, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri (1991–1992), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müaviniSərhəd Qoşunlarının ilk komandanı (1992–1994).

İsgəndər Allahverdiyev
9 noyabr 1992 – 7 aprel 1994
Əvvəlkivəzifə təsis edilib
SonrakıAbbasəli Novruzov
16 dekabr 1991 – 9 noyabr 1992
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1947(1947-02-11) (77 yaş)
Doğum yeri
Rütbəsi
General-mayor

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2002 "Hərbi xidmətlərə görə" medalı — 2006 "Sərhəddə fərqlənməyə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Şücaətə görə" medalı — 2022 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (SSRİ) "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (SSRİ) "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (SSRİ)

İsgəndər İmamverdi oğlu Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olmuşdur.[1]

16 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılarkən İsgəndər Allahverdiyev bu komitənin sədri təyin edilmişdir.[2] 9 noyabr 1992-ci ildə bu qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildikdə o, milli təhlükəsizlik nazirinin müavini — Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin rəisi, eyni zamanda Sərhəd Qoşunlarının komandanı vəzifəsinə keçirilmişdir.[3] 7 aprel 1994-cü ildə isə vəzifəsindən azad edilmişdir.[4]

İsgəndər Allahverdiyev sonralar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini işləmişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvüdür.[1]

İsgəndər Allahverdiyev 27 mart 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni[5] ilə, 27 mart 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı[6] ilə təltif olunmuş, SSRİ və Azərbaycanın bir sıra yubiley medallarına layiq görülmüşdür.

  1. 1 2 General-mayor Isgəndər Allahverdiyev – 75! // moderator.az. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.
  2. Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. № 24. Bakı. 1991. S. 50. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  3. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini idarəetmə strukturlarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. № 21. Bakı. 1992. S. 29. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  4. İ. İ. Allahverdiyev haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. № 7. Bakı. 1994. S. 19. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  5. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 3. Bakı. 2002. S. 374–376. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  6. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 65. 28 mart 2006. S. 2. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.