Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Azərbaycan Respublikasının Coğrafiyası — Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış üçcildlik monoqrafiya.
Azərbaycan Respublikasının Coğrafiyası | |
---|---|
Müəlliflər | |
Orijinalın dili | Azərbaycan |
Ölkə | Azərbaycan |
Nəşriyyat | "Elm" |
Nəşr | 2016 |
Cild | 3 |
Əsər 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
"Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik monoqrafiyası Azərbaycanın gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsi mövzularına həsr edilmiş elmi əsərdir.[1]
"Azərbaycan Respublikasının coğrafiyası" üç cildliyinin birinci cildində ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək təqdim olunmuşdur. Əsərdə Azərbaycan Respublikasınım relyefi, geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, landşaftları geniş şəkildə təhlil olunmuş, onların regional xüsusiyyətləri araşdırılaraq, ölkə ərazisində fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və hər bir rayonlaşdırma vahidi zəngin materiallar əsasında işıqlandırılmışdır.
Redaksiya heyəti: C.ü.e.d. Tanrıverdiyev X. K, Xəlilov H. A, Xəlilov M. Y, Qaşqay R. M., C.ü.f.d. Rəhimov X. Ş. İsmayılov M. C, Həsənov M. S. k/t.ü.f.d. Quliyev İ. Ə, Əliyev Ə. A.
Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab "Coğrafiya" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Redaksiya heyəti: C.e.d. Z. N. Eminov, C.ü.f.d, dosent N. H. Əyyubov, N. Ə. Paşayev, C.ü.f.d. Z. T. İmrani
Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının üçüncü cildi regionların müasir fiziki və iqtisadi-coğrafi problemlərini, onların həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Burada ilk növbədə regionların iqtisadi inkişafının coğrafi problemləri araşdırılır, müstəqillik illərinin müxtəlif dövrlərində qəbul edilmiş Dövlət Proqramlarının yerinə yetirilməsinin iqtisadi-coğrafi amilləri nəzərdən keçirilir. Bu proqramların ölkə həyatına və əhalinin ərzaq təhlükəsizliyinə, fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsinə xidməti, eləcə də iqtisadiyyatın gələcək istiqamətləri haqqında elmi cəhətdən əsaslandırılmış proqnozlar verilir.
Redaksiya heyəti: C.e.d. X. K. Tanrıverdiyev, R. M. Qaşqay, H. A. Xəlilov, Z. N. Eminov, c.ü.f.d., dosent M. S. Həsənov