Coğrafiya sözünün mənası "geo" - yer, "qrafo"- yazıram deməkdir. İki hissəyə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya.
Fiziki coğrafiya – toponimika (yer yurd adların öyrənir), geomorfologiya (relyefi), Landşaftşunaslıq (Landaşftı), Biocoğrafiya (bitki və heyvan növlərin), İqlimşunaslıq (iqlimi), Hidrologiya (suyu)
Bu dövr alimi Pifaqor ilk dəfə olaraq Yerin kürə şəklində olması fikrini söyləmişdir. Aristotel yerin kürə şəklində olmasın elmi yolla ilk dəfə izah etmişdir. Coğrafiya sözünü elmə ilk dəfə Erotosfen gətirmişdir. Erotosfen ilk coğrafi xəritənində müəllifi olmuş lakin tərtib etdiyi xəritədə meridian və paralelləri çəkməmişdir. Demək Erotosfenin xəritəsində dərəcə toru yox idi həmçinin yerin əyriliyi nəzərə alınmamışdı. Ondan daha mükəmməl xəritə isə Ptolomey tərəfindən tərtib olunmuş, Erotosfendən fərqli olaraq[1]
Bu dövr daha çox ərəb səyyah və dənizçilərinin adı ilə bağlıdır. Bu dövrdə ən mühüm yol Avropa ilə Asiyani birləşdirən İpək yolu idi. Bu yol daha çox Marko Polonun adı ilə bağlıdır. Lakin orta əsrlərdə ipək yolu öz əhəmiyyətini itirdi səbəb: Vasqo da Qamanın Hindistana dəniz yolunun kəşf etməsi idi.[2]
- Bu mərhələ coğrafiyanın inkişafında daha çox əhəmiyətə malikdir.
- 1492-ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest-Hind adlandırmışdır.
- Baham adaları, Kuba, Yamayka, Haiti, Puerto- Riko və s. adaları
- Şimali Passat cərəyanını kəşf etmışdır.
- Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır.
- 1498-ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş , Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.
- 1519-1521-ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi , dünya okeanının vahidliyi sübut olundu , Yerin Kürə şəklində olması təcrübi yolla aydınlaşdı.
- Dünya səyahətini bundan başqa Dreyk, C. Kuk, Lisyanski, Kruzeynştern də yerinə yetirmişlər.
- 1606-ci ildə A. Tasman, 1642-ci ildə Yanson Avstraliya materikini kəşf etdilər.
- Köhnə dünya – Asiya, Avropa, Afrika
- Yeni dünya- Amerika qitəsi nəzərdə tutulur.
- 1771-ci ildə C.Kuk Avstraliya materikinin müstəqli materik olmasını müəyyən etmişdir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.
- 1819-1821- ci illərdə rus dənizçiləri Bellinsahuzen və Lazaryev – Antarktida materikini kəşf etmişlər.
- 1909- cu ildə R. Piri – Şimal coğrafi qütbün, 1911-1912-ci illərdə Amundsen və Skot cənub coğrafi qütbün kəşf etmişlər. Yerin coğrafi qütblərinin öyrənilməsində Nansenində böyük xidmətləri vardır.