"Azərbaycan Respublikasının antropoloji və etnik tərkibi" və ya "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi"[1] — 1919–1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri[2].
Azərbaycan Respublikasının antropoloji və etnik tərkibi | |
---|---|
Orijinalın nəşr ili | 1919 |
Bu kitabda Qafqaz ərazisində Azərbaycan əhalisinin məskunlaşması tarixi, Azərbaycan əhalisinin yaşadığı ərazilərin sahəsi, qonşu xalqlarla münasibətləri öz əksini tapmışdır. Kitabçada verilmiş rəqəmlər və faktlar "Qafqaz təqvimi"ndən, "Qafqaz xalqlarının yerləşdiyi ərazi və yerlər" külliyyatından, 1897-ci ildə nəşr olunmuş "Rusiyada əhalinin siyahıyaalınması" kitabından götürülmüşdür[2].