Azərbaycan VII-IX əsrlərdə

Azərbaycan VII-IX əsrlərdə — Azərbaycanlı tarixçi Ziya Bünyadov tərəfindən yazılmış kitab. İlk dəfə rus, daha sonra isə Azərbaycan dilində nəşrə hazırlanmışdır.

Azərbaycan VII-IX əsrlərdə
Mövzu Azərbaycanın erkən orta əsrlər dövrü tarixi
Orijinalın dili Rus dili
Azərbaycan dili
Ölkə Azərbaycan
Yazıldığı il 1965
Tərcüməçi Cabbar Cabbarov
Həsən Əlizadə
Nəşr AMEA
ISBN 978-9952-34-085-3

"Azərbaycan VII-IX əsrlərdə" kitabı ilk dəfə 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfmdən rus dilində nəşr olunmuşdur. Kitab sonradan Azərbaycan dilinə də tərcümə edilmişdir. Akademik Ziya Bünyadov Azərbaycan dilindəki nəşrə yazdığı girişdə rusdilli və azərbaycandilli nəşrlərin mətnləri arasında demək olar ki, heç bir fərqin olmadığını, sadəcə Xürrəmilər hərəkatı ilə bağlı yeni materiallar üzə çıxdığı üçün o mövzuya əlavələr edildiyini bildirmişdir.[1]

Kitabda Azərbaycanın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunur. Onun siyasi və sosial-iqtisadi vəziyyəti, yerli hakimiyyətin Ərəb xilafətinə münasibəti, ərəblərə qarşı mübarizə araşdırılır. İnzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı və s. haqqında məlumat verilir. Ərəblərə qarşı döyüşmüş Babək və onun silahdaşları haqqında ərəb mənbələrindən götürülmüş materiallara kitabda yer verilmişdir.[2]

Müəllif giriş hissəsində sonralar təkcə azərbaycanlılar adı ilə tanınan ümumi etnik qrupun əsərdə şərti olaraq ümumi termin mənasında "türklər" deyə adlandırıldığını bildirmişdir.[3]

  1. Bünyadov, 2007. səh. 5-6
  2. Bünyadov, 2007. səh. 2
  3. Bünyadov, 2007. səh. 5
  • Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Şərq-QƏrb. 2007.