Dinlər, təriqətlər, məzhəblər — ensiklopedik soraq kitabı akademik Ziya Bünyadovun son elmi əsərlərindəndir. Şərqşünas alim və ictimai xadim, Ziya Bünyadovun bu əsərində Azərbacyanda ilk dəfə olaraq dinlər, təriqətlər, məzhəblər, tarixi din xadimləri və digər mövzular haqqında məlumatlar verilir.[1]
Dinlər, təriqətlər, məzhəblər | |
---|---|
Mövzu | Tarix |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1977 |
Nəşriyyat | Şərq-Qərb nəşriyyatı |
Səhifə | 336 |
Tiraj | 25000 |
ISBN | 978-9952-34-094-5 |
Müəllif olan Ziya Bünyadov təkrar nəşrə yazmış olduğu ön söz hissəsində bu kitabın yazılması zəruriyyətinin xalqın öz dininə baxışı ehtiyyacından qaynaqlandığını bildirib. O, Sovet dövründə dinə baxışın yalnız marksizm-leninizm kontekstində dəyərləndirildiyini tənqid edib, bu kitabın fərqləndiyinə işarə etmişdir. Həmçin Bünyadov Azərbaycanın müstəqilləşməsindən sonra xalqın yenidə öz dininə qayıtmağa başladığını, lakin bunun üçün lazimi qaynaqların olmamasını vurğulayır və bu kitabın bu istiqamətdə yardım edə biləcəyini bildirmişdir.[2]
Bünyadov kitabda məlumatlar sıralanarkən daha çox İslam dini ilə bağlı məlumatların verildiyini bildirməklə birlikdə, digər dinlər və ya məzhəblərlə bağlı da informasiyanın əks etdirilməsinə çalışdığını qeyd etmişdir. Ensiklopedik xarakter daşıyan kitabda Vasim Məmmədəliyev "Allah", "Quran", "Məhəmməd" və "Mötəzilə" kimi madədlərin müəllifi olmuşdur.