Azərbaycan Atabəyləri dövləti — Akademik Ziya Bünyadovun Atabəylər Dövləti haqqında yazdığı kitab. Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifad edilməsi qaydası yeni səpkidə təhlil olunur.[1]
Azərbaycan Atabəylər dövləti | |
---|---|
| |
Müəllif | Ziya Bünyadov |
Janr | Tarix |
Orijinalın dili | Azərbaycan türkcәsi və Rus dili |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | Ziya Bünyadov. "Azərbaycan Atabəyləri dövləti (1136 -1225-ci illər)" (Bakı, Elm, 1978). |
Tərcüməçi | Cahangir Qəhrəmanov (2007) |
Nəşr | 1978, 1984, 2007. |
Cild | 1 |
Səhifə | 258(2007) |
ISBN | ISBN 978-9952-34-066-2 |
Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələrindən də istifadə edilmişdir.[1]