Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya

Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya.

1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı.

Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər.

Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı NiyaziAbdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi. Quba qəzasında da Şəriət məhkəməsi yaradilmıŞdı. Komissiya qəzada məhkəmə fəaliyyətini bərpa etmişdi. Komissiya öz işini uğurla aparmaq üçün minlərlə üzrə bir neçə yardımçı komissiya da (Ali Məhkəmənin yaradılması, ictimaiyyət nümayəndələrinin ədalət mühakiməsinə cəlb olunması, yerli məhkəmə, cinayət hüququ və prosesi, mülki hüquq və proses və s.) yaratmışdır