Azərbaycan Yüksəliş Partiyası

Azərbaycan Yüksəliş Partiyası ya da qısaca AY Partiya Azərbaycandakı müxalif siyasi partiyadır. 16 iyul tarixində qurulub.[1] 6 dekabr 2020-ci ildə partiyanın 1-ci (Quruluş) Qurultayı təşkil edildi və Anar Əsədli partiyanın ilk başqanı seçildi. 15 oktyabr 2021 tarixində rəsmi olaraq dövlət qeydiyyatına alınıb.[2]

Azərbaycan Yüksəliş Partiyası
AY Partiya
Baş katib Anar Əsədli
Quruluş tarixi 16 iyul 2020
Qeydiyyat tarixi 15 oktyabr 2021
Baş qərargah
İdeologiya Liberalizm
Mühafizəkarlıq
İdeoloji spektr Sağ mərkəz
Şüar Hürriyyət havasını tənəffüs edək!
Rəngləri         
Saytı aypartiya.com

Tarixi[redaktə | mənbəni redaktə et]

2020 Azərbaycan Parlament seçkilərinə qatılan bir neçə müstəqil namizəd seçkilərin saxtalaşdırıldığını iddia etdi və birləşərək siyasətdə yeni nəfəsin gərəkli olduğunu elan etdi. 16 iyul 2020 tarixində qurucu üzvləri partiyanı qurmağa başladı. Partiyanın və qurucu üzvlərinin çoxusu keçmişdə Müsavat PartiyasınınAzərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü idi.

6 dekabr 2020 tarixində partiyanın I Quruluş Qurultayı təşkil edilib. COVİD-19 pandemiyasından dolayı qurultay onlayn olaraq 104 qurultay nümayəndəsindən 91-nin qatılmasıyla keçirildi. Qurultayda Partiya Nizamnaməsi, Başqanlıq Heyəti, Partiya Baş Məclisi, Nəzarət Təftiş Komitəsi və Partiya Gerbi səsə qoyularaq qəbul edilib.[3]

Qurultayda Anar Əsədli yekdilliklə partiyanın başqanı seçilib. Anar Əsədli 1997-2000-ci illərdə AXCP-nin Məclis üzvü və Əbülfəz Elçibəyin köməkçisi olub, 2003 tarixində isə Böyük Quruluş Partiyasının quruluşunda iştirak edib.[4]

Partiya 24 dekabr 2020 tarixində Ədliyyə Nazirliyinə rəsmi qeyd üçün müraciət etmişdir. Azərbaycan Yüksəliş Partiyası "1112-P1-0064" nömrəsi ilə 15 oktyabr 2021 tarixində Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyata alındı və müvafiq sənədlər 21 oktyabr 2021 tarixində partiya rəhbərliyinə təqdim edildi.[2]

Qurultaylar[redaktə | mənbəni redaktə et]

Qurultay Tarix Seçilən Başqan Namizəd
1-ci Quruluş Qurultayı 6 dekabr 2020 Anar Əsədli Anar Əsədli

Seçkilər[redaktə | mənbəni redaktə et]

Partiya yeni qurulduğuna görə hələlik heç bir seçkiyə qatıla bilməyib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yeni siyasi partiya" (az.). 22 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2020.
  2. 1 2 "Azərbaycanda daha bir partiya dövlət qeydiyyatına alınıb". Report İnformasiya Agentliyi (az.). 21 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  3. "Arxivləşdirilmiş kopiya". 18 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  4. "Arxivləşdirilmiş kopiya". 18 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.