Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Anar Əsəd oğlu Əsədli[1] (10 dekabr 1979, Zəngilan) — Azərbaycan siyasətçisi. O, Azərbaycan Yüksəliş Partiyasının qurucularından biri, o cümlədən hazırkı başqanıdır.
Anar Əsədli | |
---|---|
6 dekabr 2020 – 23 iyun 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1979 (45 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
Anar Əsəd oğlu Əsədli 10 dekabr 1979-cu ildə[2] Azərbaycan SSR-nin Zəngilan şəhərində anadan olmuşdur.[3][4]
Anar Əsədli ailəlidir, 3 övladı var.[3]
Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə iştirak etməyə başlamışdır. O, 1997–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və Bütöv Azərbaycan Birliyi sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olmuşdur. Əsədli 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olmuş, partiyanın icra aparatına rəhbərlik etmişdir. O, 2004-cü ildə partiya sıralarından istefa vermişdir.[5] Əsədli 2005-ci ildən "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir.[6] O, Qarabağ, konkret olaraq Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuşdur.[7]
Anar Əsədli bir neçə ölkədə, Türkiyədə, Fransada, Almaniyada, Rusiyada keçirilən beynəlxalq simpoziumlarda, o cümlədən, 2005-ci ilin sentyabrında Rusiyanın Soçi şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələrinin gənc siyasi liderlərinin zirvə toplantısında Azərbaycanı təmsil etmişdir. 2008-ci ildə Əsədlinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədrliyinə namizədliyi irəli sürülmüşdür. Əsədlinin ideya müəllifliyi və baş redaktorluğu ilə 2006-cı ildə "Yeni İqtisadiyyat" aylıq biznes iqtisadi jurnalı Azərbaycan və ingilis dillərində fəaliyyətə başlamışdır. 2008-ci ildən isə jurnal eyni adda iqtisadi xəbər agentliyi kimi fəaliyət göstərmişdir. O, 2014-cü ildə isə "xeber365.com" saytını təsis etmişdir.[8]
Anar Əsədli 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür.[7] O, 11 fevralda verdiyi mətbuat konfransında seçki zamanı saxtakarlığa əl atıldığını bildirmişdir. Əsədli əlavə etmişdir ki, komandası "saxtakarlığı əks etdirən 102 foto və videofaktı aktlaşdıraraq, elə həmin gün" Mərkəzi Seçki Komissiyasına (MSK) göndərmişdir.[9] Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməmiş və MSK-nın qərarını qüvvədə saxlamışdır. Bunun ardınca Əsədli Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir.[10]
Anar Əsədli 16 iyul 2020-ci ildə Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsisçilərindən olmuşdur. 6 dekabrda partiyanın təsis qurultayı keçirilmiş,[11] Əsədli partiyanın başqanı seçilmişdir.[12] 2021-ci ilin oktyabrında isə AY Partiya dövlət qeydiyyatına alınmışdır.[11]