Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 16 oktyabr 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.736 məqalə var.
Azərbaycanca Vikipediya | |
---|---|
URL | az.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | Azərbaycan dili |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | yanvar 2002 |
Məqalələrin sayı | 199.651 (55-ci yer) |
Faylların sayı | 14.811 |
Səhifələrin sayı | 579.636 |
Redaktələrin sayı | 7.798.794 |
İstifadəçilərin sayı | 299.028 |
Aktiv istifadəçilərin sayı | 615 |
İnzibatçıların sayı | 15 |
Dərinlik | 48,7 |
Vikianbarda əlaqəli mediafayllar |
25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.
2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik.
Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.[5].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |