Ana Səhifə

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Ərəb-İsrail müharibəsi1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.

Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi.

Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944-1947-ci illərdə yəhudi qiyamı baş verdi. (Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Vəhdət Partiyası — və ya qısaca VPAzərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya.

Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995-1996-cı illərdə Sahib Məmmədov, 1998-2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir.

Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla YunusYunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramıRamazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli