Azərbaycan dilində alınma sözlər

Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir.

Mənşə dillər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür:

  1. Ərəb və fars dillərindən alınma sözlər.
  2. Avropa dillərindən alınma sözlər.

Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.

  • Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
  • Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
  • Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
  • İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilindəki alınma sözlər əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətlərə malikdir:

  1. Sözdə iki saitin yanaşı işlənməsi: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.
  2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi (Avropa mənşəli sözlərdə uzun tələffüz olunan sait olmur): aləm, məna, elan, xüsusi, səliqə və s.
  3. Sözün "r" samiti ilə başlanması: rezin, rayon, rəng, rəsm, rəssam, rəf, rəndə və s.
  4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında): janr, müjdə, əjdaha, Əjdər, qaraj, jurnal, jurnalist, montaj və s. Qıjı, qıjıltı kimi sözlər istisnadır.
  5. Vurğusu son hecaya düşməyən sözlərin çoxu: kabel, kompüter, kalkulyator, biologiya və s. Bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki sözləri istisnadır.
  6. Sözdə ahəng qanununun pozulması: məktub, vəfa, ticarət və s. İlıq, işıq, inam, ilxı, ildırım, işartı, islanmaq, tikan, elat, gedişat kimi sözlər və bəzi iki sözün birləşməsindən yaranan sözlər istisnadır.
  7. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi: sirr, həll, hiss, xətt, tibb, hədd və s.
  8. Qoşa "y" samitli sözlərin hamısı.
  9. Tərkibində "q" samitinin kar qarşılığı "k" səsi olan sözlərin çoxu: kolxoz, klub, tank, xalq, şəfəq, əxlaq və s.
  10. Fleksiyaya uğrayan sözlər: nəsrnasirmənsur; şəkiltəşkilmütəşəkkil; eşqaşiqməşuqməşuqə və s.
  11. Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
  12. "O" kimi yazılıb "a" kimi oxunan sözlər: kompüter, kompot və s.
  13. Ərəb və fars dillərindən alınma sözlər isə "la-, na-, bi-, ba-" ön şəkilçiləri ilə birlikdə Azərbaycan dilinə daxil olmuşdur: laməkan, laqeyd, naşükür, naməlum və s. Nadincnakişi sözləri istisna hal olaraq milli mənşəlidir.
  14. Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə, sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz, səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər, Cəfər, Həsən, Əli, Fatma və s.
  15. Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün səciyyəvi özəllik deyil. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir: plan, prospekt, şkaf, tramplin və s.
  16. Azərbaycan dilinə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir: gül, bülbül, bahar, payız, dilbər və başqa.