Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)

Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə[1] tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında[1] istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.

Azərbaycan mətbəxi: Dadsonrası dad
Azərbaycan mətbəxi: Dadsonrası dad
Fayl:Azərbaycan mətbəxi- Dadsonrası dad (film, 2015).jpg
Janr sənədli
qısametrajlı
Rejissor Şamil Nəcəfzadə
Prodüser Cavid İmamverdiyev
Ssenari müəllifi Şamil Nəcəfzadə
Operator Nizami Abbas
Bəstəkar Cahangir Zülfüqarov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 22 may 2015
Filmin növü qısametrajlı sənədli film
Müddət 33 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015
Rəng rəngli

Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.[2] Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir.[3]

Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir.[4]

Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır.[1]

Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Şamil Nəcəfzadə
Rejissor: Şamil Nəcəfzadə
Operator: Nizami Abbas
Prodüser: Cavid İmamverdiyev
Bəstəkar: Cahangir Zülfüqarov

  1. 1 2 3 Türkan Abdullayeva. ""Azərbaycan mətbəxi: dadsonrası dad" adlı sənədli filmi nümayiş olunub" (az.). AzərTac. 22 may 2015. 2019-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  2. 1 2 ""Azərbaycan mətbəxi: Dadsonrası dad" filminin nümayişi olacaq" (az.). Trend. 21 may 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  3. Kamal Yaşar. ""Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filmi mətbuat nümayəndələrinə təqdim edilib" (az.). Kəpəz ARB. 23 may 2015. İstifadə tarixi: 2017-11-24.[ölü keçid]
  4. Lalə Azəri. ""Azərbaycan mətbəxi: dadsonrası dad"" (az.). Mədəniyyət. 22 may 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.

Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı