Azərbaycan memarlığında ornamentlər

Azərbaycan memarlığında ornamentlər — Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu. Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi vardır ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb etmiş,xalqın həyatında xüsusi rol oynamış, dır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənsə də, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənə- tin ayrılmaz tərkib hissəsi olmuşdur. İslamiyyətdən öncə sadə həndəsi çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tər- tibatında mürəkkəb həndəsi ornamentlər geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçı -van MR-in ərazisində bu günümüzə qədər qal -maqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Azərbaycan memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır.

İslimi[redaktə | mənbəni redaktə et]

Bitki ornamentlərindən ən çox işlənəni Qədim Avropa və rus ədəbiyyatında "islimi", "arabeska" kimi tanınmışdır."İslimi" memarlıq abidələrimizdən - məscidlərin günbəzlərində,minarələrin səthlərində,giriş baştağlarında, mehrablarda,abidələrin daxili və xarici səthlərində, yaşayış evlərinin eyvanlarında,çox işlənən naxış növüdür.

Su elementi[redaktə | mənbəni redaktə et]

Orta Asiyada,Yaxın Şərqdə,eləcə də Azərbaycanda suyu həyatın ən lazımlı şərtlərindən qəbul edir,axar suyu düz və ya dalğalı xətlərlə göstərirdilər. Bu naxış zolağı "S" şəkilli elementlərdən yığılmış və elmi ədəbiyyatda "miandra" adlandırılır. Bu ornament Azərbaycanın tətbiqi memarlığında da geniş yayılmışdır.Naxçıvanda Mömünə Xatun türbəsinin sütunları üzərində "miandra" və yağış damcıları təsvir olunmuşdur.Hər iki ornament su mifi ilə bağlıdır. Bu ornament Gülüstan türbəsində kürsülük hissəsi ilə gövdə hissəsi arasında keçid yaradır.Ornament qurşağı yaxşı işlənilmiş miandradan ibarətdir. Ornamentin türbənin bu hissəsində verilməsi özü də simvolik məna daşımışdır.

Tağlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan memarlığında tağlar çox yüksək bədii estetik və kompazisiya keyfiyyətlər daşıyır və son dərəcə rahatlıq və tarazlıq əqidəsini ifadə edir.Tağların quruluş forması və texnikası minillik ənənələrin xüsusiyyətlərini özündə saxlayırdı.Azərbaycan memarlıq və incəsənətində tağ texnikası və forması türk çadırlarının quruluşundan götürülmüşdür. Memarlıq abidələrində işlənən tağ konstruksiyası tikintinin möhkəmliyini artırır, ona monumentallıq, əzəmət və yaraşıq verməklə yanaşı gözəlliyə də xidmət edirdi. Azərbaycan memarlığında çatma tağ formasından əmələ gəlmiş dekorativ tağlar, dekorativ incəsənətdə də geniş yer tutmuşdur.Dekorativ tağlar naxışlar arasında ahəngdarlıq,bir motivdən başqa motivə keçmək imkanı yaradır. Tağlar həm də dini mövzuda yazıların saxlandığı yer, sandıqça adlanır. Ona görə də Qurandan götürülmüş mətnlər memarlıq abidələrinin giriş baştağlarında və xalçalarda təsvir olunmuş tağların üzərində müxtəlif xətli kitabələrlə verilirdi.


Epiqrafik ornamentlər[redaktə | mənbəni redaktə et]

Epiqrafik ornamentlər Azərbaycan, Orta Asiya və İran memarlıq abidələrinin və xalçaların bəzədilməsində böyük yer tutur.Epiqrafik yazılar Azərbaycan memarlığında XI-XII əsrlərdən inkişaf etməyə başlayır.Bu da binaların dekorunda üstün yer tutan həndəsi ornamentlərin inkişafı ilə sıx əlaqədardır.XIII-XIV əsrlərdə memarlıq abidələrində kufi yazılardan quraşdırılmış iri naxışların hazırlanması üsuluna təsadüf edilir.Lakin XIV əsrdən bitki ornamentinin quruluşuna oxşar nəsx xətti geniş tətbiq olunmağa başlayır.Müxtəlif epiqrafik naxışların quruluşu hərflərin yazılışı və miqyası ilə əlaqədardır.Buna misal olaraq Möminə Xatun türbəsini göstərmək olar.Bərdə türbəsində başdan-başa naxışlanmış səth üzərində firuzəyi şirlə örtülmüş qırmızı bişmiş kərpiclə 200 dəfə "allah" sözü təkrar olunur.Qarabağlar türbəsinin səthi də həmin üsulla naxışlanmışdır.Burada naxışlanmış dioqonal kvadrat şəbəkənin daxilində təkrar olunan dini mətn verilmişdir. Memarlıqda və xalçaçılıqda işlənən bu yazılar informasiya xarakteri də daşıyırdı.Belə yazılara Azərbaycan memarlıq abidələrində və xalçalarında rast gəlirik.



Istinadlar[redaktə | mənbəni redaktə et]

[1]

  1. http://azkurs.org/azerbaycan-milli-elmler-akademiyasi-naxcivan-bolmesi.html?page=22[ölü keçid]