Azərbaycan motivləri — rejissor Ziya Şıxlinski[1] tərəfindən 2008-ci ildə çəkilmiş qısametrajlı sənədli filmi. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan şairi Nizami Gəncəvi dövründən bu günümüzə qədər olan klassik sənətkarların əsərlərinin ekran həyatı yaşaması və musiqilərdə səsləndirilməsi əsas olaraq göstərilmişdir. 2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxalq kinofestivalında film Xüsusi mükafat almışdır.
Azərbaycan motivləri | |
---|---|
Azərbaycan motivləri | |
Fayl:Azərbaycan motivləri (film, 2008).jpg | |
Janr |
sənədli qısametrajlı musiqili |
Rejissor | Ziya Şıxlinski |
Prodüser | Cavid İmamverdiyev |
Ssenari müəllifi | Rəhman Bədəlov |
Operator | Adil Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 2008 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 18 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Rəng | [rəngli |
Filmdə Azərbaycan şairi Nizami Gəncəvi dövründən bu günümüzə qədər olan klassik sənətkarların əsərlərinin ekran həyatı yaşaması və musiqilərdə səsləndirilməsi əsas olaraq göstərilmişdir. Burada Müslüm Maqomayevin "Şah İsmayıl" operasının yaranma tarixindən belə söz açılır.[1]
Qobustan, İçərişəhər, Atəşgah, İncəsənət Muzeyi, Şirvanşahlar Muzeyi və digər mənzərəli, tarixi əhəmiyyət kəsb edən abidələr film boyu təqdim olunur. Eyni zamanda, Gəncə, Şəki, Naxçıvan, Qazaxla bağlı görüntülər də filmə daxil olunmuşdur. Bu bölgələrin tarixini əks etdirən abidələrə üstünlük verilmişdir.[1]
Filmdə Azərbaycanın klassik musiqiçilərinin Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsərlərindən istifadə olunmuşdur. Eyni zamanda, iki pianoçunun ifasında gözəl musiqi nömrələri də səsləndirilir. Vaqif Mustafazadənin kadr arxası "Düşüncə" və Murad Hüseynovun ifasında "Sarı gəlin" əsərləri təqdim olunur.[1]
2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxalq kinofestivalında film Xüsusi mükafat almışdır.[2]