Azərbaycan tərcümə ensiklopediyası — Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı (28 fevral 2018-ci il, pr. № 16) ilə nəşr olunub.
Kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulladır.
Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.
Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır.
Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev.
Filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyev.
Əsl bilik xəzinəsi (Kamal Abdulla); Sərəncamlar, sənədlər; Tərcümə elm sahəsi kimi (M.Nağısoylu, L.Əliyeva); Tərcümənin nəzəri və praktik prinsipləri (R.Əliyev); Tərcümənin fəlsəfi əsaslarına dair (A.Rüstəmova); Tərcüməşünaslığın predmeti və problematikası (A.Əkbərli); Azərbaycanda tərcümə ədəbiyyatı tarixi (M.Nağısoylu); Personalilər.
Qardaş ədəbiyyatların çiçəklənməsi və yaxınlaşmasının çoxcəhətli proseslərində qarşılıqlı tərcümələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsinin böyük ictima-siyasi əhəmiyyətə malik qüdrətli vasitəsidir. Qeyd etmək lazımdır ki, bu sahədə respublikada az iş görülməyib... Lakin bu sahədə indiyədək həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbii axın elementləri olduğuna diqqəti cəlb etmək istəyirəm. Nəşriyyatlarda dünya və rus klassikasının, sovet ədəbiyyatı əsərlərinin seçilib Azərbaycan dilində nəşr edilməsi üçün dərin düşünülmüş, uzunmüddətli fəaliyyət planı tərtib olunmamışdır. Yüksəkixtisaslı tərcüməçi kadrları çatmır. Yeri gəlmişkən qeyd edək ki, indiyədək heç kəs yüksəkixtisaslı peşəkar tərcüməçilər hazırlamaq və bunları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərməmişdir. Bizdə olan tərcüməçi qüvvələri isə hələ də pərakəndə haldadır. Bədii tərcümələrin keyfiyyəti problemi ciddi problem olaraq qalmaqdadır.
Ulu Öndər Heydər Əliyevin
Azərbaycan Yazıçılar Birliyinin VII qurultayındakı nitqindən (12 iyun 1981-ci il)
İlk dəfə olaraq “Azərbaycan tərcümə ensiklopediyası” adlı monumental tədqiqat əsəri oxucuya təqdim edilir. Ensiklopediya tərcümənin fəlsəfi əsaslarını, predmet və problemlərini, Azərbaycanda tərcümə tarixinin mühüm nöqtələrini, nəzəri-praktik məsələlərini və ən əsası, personaliyaları əhatə edir.
Azərbaycan tərcüməşünaslığının zəngin tarixi var. XIV əsrdə dini əsərlərin, sülalələr haqqında təzkirələrin sətiraltı, mətni, xüsusilə də, sərbəst tərcümələrindən başlayaraq daha sonralar(XIX əsrdə) püxtələşmiş ədəbi cərəyanlara aid bədii nümunələrin – şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə qədər yaradılan nadir nümunələr, nəhayət etibarilə, tərcüməçiliyin son dərəcə maraqlı və faydalı ədəbi-bədii peşəyə çevirilməsini şərtləndirmişdir.
Eyni zamanda tərcüməçilik anlayışını birtərəfli qəbul etmək də doğru olmazdı. Azərbaycan dilinə tərcümələrlə yanaşı, əlbəttə ki, daha sonrakı dövrlərdə, Azərbaycan dilindən başqa dillərə edilən tərcümələrin də önəmini vurğulamaq vacibdir. Hər iki istiqamət üzrə həyata keçirilən fəaliyyət bu fundamental əsərdə öz təsvirini tapmışdır. Kitabın xüsusi dəyəri həm də bununla müəyyənləşdirilə bilər.
Ümid edirəm ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmamışdır. Bəlkə bəziləri barədə daha dolğun məlumat olmadığından onlar haqqında xəbər növbəti nəşrlərə qaldı. Eyni zamanda tərcüməşünaslığın ən əsas şaxə və istiqamətləri barədə də kitab özündə dəyərli informasiya qoruyub saxlayır. Sevindirici haldır ki, uzun illərin zəhməti boşa getməmişdir. Bu fundamental əsərin ərsəyə gəlməsində zəhməti olanların sayı çoxdur. Mənim müxtəlif universitetlərdən olan tələbələrimin, magistrlərimin, sayı xeylidir. Bu şərəfli işdə bizimlə əməkdaşlıq edən alimlərə, mütəxəssislərə xüsusi təşəkkür edirəm.
Tərcümə mədəniyyətimizin bariz göstəricisi olan bu əsər dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsuludur. Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır. Və belə bir multikultural reallıq Azərbaycanda ümumi multikultural mənzərənin ən vacib komponentlərindəndir.
“Azərbaycan tərcümə ensiklopediyası” kitabı illərin yadigarıdır. Həm müəlliflər və tərtibçilər, həm redaktorlar, həm də texniki redaktorlar və korrektorlar onlara təklif edilən sxemi canlandırmaq işində çox böyük zəhmət çəkiblər. Əlbəttə ki, tərcümə prosesi daum təzələnən, genişlənən prosesdir. Nə qədər ümidli olsaq da, anlamalıyıq ki, bu kitaba düşməyən əsər və müəllif adları da ola bilər və bu təbiidir. Amma o da var ki, tərcümə ensiklopediyası da birdəfəlik, ilk və axırıncı təşəbbüs deyil. Ensiklopediyanın daha təkmil və dolğun variantları yenə də yaranacaq. Bu da təbiidir. İlk təşəbbüs layiqli başlanğıc olsa, missiya yerinə yetirildi, deməli.
Kitabın təkcə tərcüməçilər və bu sahə ilə maraqlananlar üçün deyil, eyni zamanda filoloqlar və yazarlar üçün də xüsusi intellektual faydası olacaq qənaətindəyəm. Gənc ədəbiyyatşünaslar, fikrimcə, ondan yetərincə faydalanacaqlar. Belə ki, ensiklopediyanın nəzəri və praktik hissələri, personalilər yerinə yetirilən, yetirilməkdə olan elmi işlər üçün son dərəcə ciddi və möhkəm faktoloji, həm də nəzəri bünövrədir.
Ensiklopediya yazmaq maraqlı olduğu qədər şərəfli işdir. Bu kitab bir çoxuna ömürlük yoldaş olacaq. Onun vasitəsilə yeni-yeni ədəbiyyat üfüqləri görünəcək. Yeni adlar, yeni əsərlər... Köhnə adların yeni oxunuşu... Görünən və görünməyən genişliklər, dərinliklər...
Hər bir ensiklopediya kimi “Azərbaycan tərcümə ensiklopediyası” da əsl bilik xəzinəsi kimi yarandı. Qiymətini minnətdar oxucu əlbəttə ki, verəcək.
Kamal Abdulla,
AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru
1. https://azertag.az/xeber/Azerbaycan_tercume_ensiklopediyasi_kitabi_chapdan_chixib-1175471
2. http://adu.edu.az/en/category/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-eng/ Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine
4. https://525.az/site/?name=xeber&news_id=102233#gsc.tab=0
5. http://sim-sim.az/kamal-abdullat%C9%99rcum%C9%99-bir-m%C9%99d%C9%99niyy%C9%99tin-t%C9%99zahuru-deyil-%C9%99n-azi-iki-m%C9%99d%C9%99niyy%C9%99tin-qovusdugu-m%C9%99qamdir/ Arxivləşdirilib 2018-07-06 at the Wayback Machine
6. http://sim-sim.az/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-isiq-uzu-gorub/ Arxivləşdirilib 2018-07-05 at the Wayback Machine
7. https://azertag.az/xeber/Azerbaycan_tercume_ensiklopediyasinin_teqdimati_olub-1177475
8. http://adu.edu.az/category/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-az/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
9. http://adu.edu.az/2018/07/h%C9%99ft%C9%99-ici-06-07-2018/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
10. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-isiq-uzu-gorub-2/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
11. http://adu.edu.az/2018/07/artiq-bu-sah%C9%99-d%C9%99-kamal-abdullanin-adi-il%C9%99-baglidir/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
12. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-t%C9%99qdim-olunub-3/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
13. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-t%C9%99qdim-edildi/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
14. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-t%C9%99qdim-olunub-2/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
15. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-z%C9%99ngin-irsin-sanballi-t%C9%99zahuru/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
16. http://adu.edu.az/2018/07/t%C9%99rcum%C9%99-isind%C9%99-yenilik-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-t%C9%99qdim-olunub-2/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
17. http://adu.edu.az/2018/07/t%C9%99rcum%C9%99-isind%C9%99-yenilik-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-t%C9%99qdim-olunub/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
18. http://adu.edu.az/2018/07/t%C9%99rcum%C9%99-isind%C9%99-yenilik-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-t%C9%99qdim-olunub/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
19. http://adu.edu.az/2018/07/t%C9%99rcum%C9%99-v%C9%99-m%C9%99d%C9%99niyy%C9%99tsunasliq-fakult%C9%99sind%C9%99-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-adli-kitabin-t%C9%99qdimati-kecirilib/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
20. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabi-t%C9%99qdim-olunub/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
21. http://adu.edu.az/2018/07/361-d%C9%99r%C9%99c%C9%99li-ensiklopediya/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
22. http://adu.edu.az/2018/07/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi-kitabinin-t%C9%99qdimat-m%C9%99rasimi-keciril%C9%99c%C9%99k/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
23. http://adu.edu.az/2018/07/z%C9%99ngin-m%C9%99d%C9%99ni-irs-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasi/ Arxivləşdirilib 2018-07-09 at the Wayback Machine
24. http://adu.edu.az/2018/07/az%C9%99rbaycanda-ilk-kamal-abdulladan-muhum-addim-2/ Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
25. http://adu.edu.az/2018/07/filologiya-v%C9%99-jurnalistika-fakult%C9%99sind%C9%99-az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-ensiklopediyasinin-t%C9%99qdimati-kecirilib/ Arxivləşdirilib 2018-07-09 at the Wayback Machine