Azərbaycan zebusu

Azərbaycan zebusu[1]Azərbaycan Respublikası ərazisində yaşayan zebu. Qaramal yarımnövlərindən birinin (Bos tarurus) xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır.

Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. Yer üzərində mövcud qaramalın (1318,4 milyon) 60%-dən çoxu zebu və zebuqanlı heyvanlardır. Bu da onun ağır iqlim və əlverişsiz yemləmə şəraitində öz müsbət qiymətli bioloji xüsusiyyətlərini saxlamaqdan ibarətdir. Azərbaycan zebusunun qanında leykositlərin faqositar bakteresoid lizosim fəallığı yüksəkdir. Ona görə də zebu və hibridlər bir çox infeksion və invazion xəstəliklərə dözümlüdür.

Respublikamızın Lənkəran, Astara, Lerik, Masallı regionlarında mədəni cinslər ilə yaxşılaşdırılaraq alınmış hibridlərdən geniş istifadə olunur. Kuba və Azərbaycan zebusundan istifadə edərək Tər-Tər, Gəncə, Göygöl, Samux, Goranboy rayonların fermer və dövlət təsərrüfatlarında ətlik və ətlik-südlük hibrid (Salyan) qrupları yaradılmışdır. Yüksək ətlik keyfiyyətinə (mərmərvari) və yağlı südə (yağ -5,5%) malik hibridlərdən istifadə olunması çox səmərəlidir. Zebu ilə əlaqədar tətqiqatlar Z. Verdiyevı məxsusdur. İnəkləri 250-280 kq, buğaları 350-420 kq çəki verə bilir. İnəkləri il ərzində 600-800 litr (yaxşı bəsləmə şəraitində 1200-1500 litr) süd verir. Südün yağlığı 5-5,5 % təşkil edir. Ətlik cöngələrinin ət çıxarı 55 %-dir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan zebusu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 552. ISBN 978-9952-441-05-5.