Azərbaycanda zebuçuluq

Bakı Zooloji Parkında saxlanılan zebu

Azərbaycanda zebuçuluqAzərbaycan Respublikası ərazisində zebu cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi.

Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur[1]. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir[1].

Azərbaycandakı zebuçuluq təsərrüfatlarında saxlanılan əsas zebu cinsləri Azərbaycan zebusu və Kuba zebusudur. XX əsrin sonlarında isə Kuba və Azərbaycan zebusundan istifadə edilərək Tər-Tər, Gəncə, Göygöl, Samux, Goranboy rayonların fermer və dövlət təsərrüfatlarında ətlik və ətlik-südlük hibrid – Salyan qrupları yaradılmışdır[1].

Azərbaycan zebusu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycan zebusu

Azərbaycan zebusu qaramal yarımnövlərindən birinin – "Bos tarurus"un xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır[1].

XX əsrin 70-80-ci illərində Kuba Respublikasından Azərbaycan SSR-yə gətirilmiş zebu cinsli heyvanlar Lerikdə bəslənilib və bu istiqamətdə rayonun ixtisaslaşmış "Sosialist Kubası" sovxozu bütün keçmiş SSRİ-də məşhur olmuşdur[2].

  1. 1 2 3 4 Azərbaycan zebusu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 552. ISBN 978-9952-441-05-5.
  2. LERİK (coğrafi, tarixi və etnoqrafik oçerk) Arxivləşdirilib 2017-06-10 at the Wayback Machine. xalqqazeti.com, 08.07.2012  (az.)