Azərbaycanda dəfn adətləri — ailə məşiətini məsuliyyətli və ciddi məsələlərindən biri dəfn və yas ilə bağlı mərasimlər və adət-ənənələrdir. Ailə məişətinin digər adət və ənələrindən fərqli olaraq dəfn adətləri din ilə bağlı olduğuna görə cüzi dəyişikliklərə uğramaqla zəmanəmizədək qorunub saxlanılmışdır. Qədim zamanlardan formalaşmış xalq inamlarına görə, insanın həyatı Allah tərəfindən əvvəllcədən müəyyən edilmiş yolla inkişaf edir. İnsan doğulur, böyüyür, ailə qurur və bir gen taleyin hökmü ilə dünyasını dəyişir. Bütün bunlar, insan hələ ana bətnində olarkən onun alnına həkk olunduğuna görə "alın yazısı" adlandırırlar. Xalq arasında əcəllə bağlı elmdə "alın yazısı" hesab edilirdi[1].
Azərbaycanda Son Paleolit dövründən başlayaraq zəngin qəbir avadanlıqlarına malik müxtəlif dəfn adətləri olmuşdur. Arxeoloji qazıntılar zamanı Qobustandakı Firuz və Kənizə düşərgələrində aşkar edilmiş iki dəfn abidəsi Azərbaycanın Mezoli-Eneolit dövrü əhalisini kütləvi dəfn adətləri haqqında təsəvvür yaradır. Son Mezolit dövrünə aid Firuz düşərgəsindəki kütləvi dəfnlə əlaqədar olan abidələr on böyük və bir uşaq skeletinin qalıqları ilə yanaşı, bəzək əşyaları və müxtəlif alətlər də tapılmışdır. Kənizə düşərgəsində aşkar edilmiş Neolit dövrünün sonuna aid qəbirdə də əmək alətləri ilə birlikdə iki kişi və bir qadın dəfn olnumuşdur.
Eneolit dövründə Azərbaycanda ölünü bilavasitə yaşayış yeri ərazisində dəfnetmə adəti varmış. İlk Tunc dövründə isə ölülər yaşayış yerlərində deyi, xüsusi ayrılmış yerlərdə basıdırılırdı. Belə qəbiristanlıq larda ayır-ayrı nəsillərə, ailələrə məxsus kurqan tipli dəfn abidələri qurulmuşdur. Belə kuranlardan insan skeletləri ilə yanaşı əmək alətləri, bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaq da tapılmışdır.
Azərbaycanda Orta Tunc dövrünə aid qəbir abidələrinin bir qrupu kromlexli (daşdan qurulmuş dairə) kuranlarıdır; Urmiya gölü sahilində, Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində isə daş qəbirlər aşkar edilmişdir. Son Tunc və Dəmir dövrü üçün kurqan, daş qutu və torpaq qəbirlər xarakterikdir.
Atropatena və Albaniya ərazilərində e.ə. III–I əsrlərdə torpaq qəbirlərlə yanaşı, küp qəbirlər də geniş yayılmışdır. İri küplərdə meyit bükülü vəziyyətdə dəfn edilirdi. Kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilmişlər. Küpün içərisinə bəzək əşyaları, yanında isə gil qablar qoyulurdu. Küp qəbirlər üfüqi vəziyyətdə aşkar edilmişlər və heç bir məzarüstü abidlərə malik deyillər.
Orta əsrlərdən başlayaraq müsəlman xalqlarının əskəriyyətində dəfn qaydaları və mərasimləri-mərhumun yuyulması, qüsullanması, kəfənlənməsi, qəbrin quruluşu, ölü nazmaının qılınması, cənazənin məzara endirilməsi, təlqin və islam dininin qanunları ilə müəyyən edilmiş digər adətlər oxşardır, demək olar ki, eynidir və onlar əməl olunması vacib sayılır. Müstəhəb, yəni yerinə yetirilməsi mütləq vacib hesab edilən bu dənf adətləri ilə bərabər, Azərbaycanda keçmişdə bir sıra yerli mənşəli dəfn adət-ənənələrinə də əməl edilirdi. Həmin adətənənələr müstəhəb omasalar da, yenə məcburi hesab edilməsələr də, el arasında mütləq yerin yetirilmiş və bu günədək qorunub saxlanmışdır
Hər bir azərbaycanlı ailəsində ölüm yatağında olan xəstə ilə bağlı, onun yaşından asılı olmayaraq müəyyən hazırlıq işləri görülürdü. Ev-eşiyi, həyət-bacanı təmiziləyib səliqə-sahmana salardılar. Xəstə yaşlı olduqda ona xüsusi qayğı göstərilir, vəsiyyət etməsinə ciddi diqqət yetirilirdi. Xəstə vəsiyyət etdikdən sonra bir tərəfdən ailə üzvlərə arasında münasibətlərə aydınlıq yaranır, digər tərəfdən, xalq inamına görə vəsiyyət etdikdən sonra xəstə yüngülləşirdi. Xəstənin həyatının son çağlarının yaxınlaşdığını hiss etdikdə, islam dininin tələblərinə uyğun olaraq xəstəni ayaq tərəfi qibləyə olmaqla arxası üstüə uzadar və molla, yaxud axund "Quran" oxuya bilən bir nəfəri çağırardılar. Xəstənin başı üstündə "Quran"ın və "Yasın " surəsi oxunardı. "Yasın" ucadan oxunardı ki, can verən şəxs onu eşitsin. Xəstə keçindikdən sonra mərhumun gözlərinin qapaqların örtər, çənəsini çəkib bağlayar, əllərini yanına salar, ayaqlarını uzadıb cütlyər və üzünü örtrədilər.
Ölüm yatağında olan şəxsin son nəfəsi çıxan kimi başlanan ağlaşma el arasında "şivən" adlanırdı. Adətən, qadınalar ucadan, xüsusi avazala ağlaşar, kişilər isə səssiz, nadir halda səslə astadan ağlayardılar. "Şivən" mərhumun yaşından, onun ailədə və cəmiyyətdə mövqeyində asılı olaraq, müxtəlif xarakterili olurdu və cənazə həyətdən çıxana qədər davam edirdi. Mərhumun cənazəsi ortaya qoyulur, ətrafına ən yaxın qohum qadınlar oturub əl-qol hərəkətləri ilə ağı" deyir, özlərini döyə-döyə ağlayar, saçlarını yolar, üzlərini cırardılar.
Rəhmətə gedən ölünün molla salat oxumaqla bütün kəndlərə, qonşulara bidirərdi. Salat səsini eşidən qonşular, qohumlar, kənd camaatı, şəhərlərində isə məhəllənin kişiləri və qadınları ölü yerinə toplaşar, "Allah rəhmət eləsin!" deyib, mərhumun ailə üzvlərinə başsağlığı verərək dəfn üçün hazırlıq görülməsinə köməklik göstərərdilər. Belə ki, el adətinə görə, dəfn və yas mərasimi təkcə mərhumun ailəsini deyil, bütün el-obanın qayığısı idi. Bu işdə hər kəs öz bacarığı və imkanı dairəsində köməklik göstərərdi. Dəfn və yasla bağlı bütün köməkliklər könüllü və təmənnasız olurdu.
Mərhum axşamüstü və ya qaranlıq düşəndə keçirnərdisə, onu dəfni sabaha saxlanardı. Sabaha saxlanmış ölünü tək qoymazdılar. Adətə görə yaşlı adamlardan bir neçə nəfər ölünün yanında qalardı və bəzi bölgələrdə mərhum şişməsin deyə, sinəsi üstünə güzgü qoyardılar[2].
Dəfn günü ilk növbədə qəbiri qazmaq üçün qəbirstanlığa adamlar göndərilərdi. Sonra isə mollanın göstərişi ilə özünün yuyulması mərasimi başlayardı. Meyitin yuyulması üçün müəyyən üsul və qaydalar mövcud idi. Bu üsul və qaydalar toplasına "qüsl" deyilirdi. Qüsl kənd yerlərində mərhumun öz həyətinin bir tərəfində dörd tərəfinə xalça, palaz və yaxud həsir tutulmuş "qüslxana" adlandırılan yerdə, şəhərlərdə isə məscidlərin yanında bu məqsədlə xüsusi düzəldilmiş. Qüslxanalarda icra olunurdu. Hər bir kənddə və məscidin yanındakı qüsulxanalarda ölü yumaqla məşğul olan xüsusi adamlar var idi. Onlara "mürdəşir" deyirdilər.
Qüsl zamanı qəbul edilmiş üsul və qaydalara ciddi əməl olunurdu. Qüsl üç mərhələdə icra olunurdu. Birinci mərhələdə mərhumun boğazından yuxarı üzü, alını, sifəti, burnu və qulaqları sidr tozu qatılmış su ilə yuyulurdu. İkinci mərhələdə mərhumun bədən hissəsi kafur qatılmış su ilə yuyulurdu. Üçüncü mərhələdə meyit təmiz su ilə yuyulurdu. Bu zaman meyidin üstünə başdan ayağadək üç dəfə su tökməklə mərhuma qüsl verilərdi. Bəzi bölgələrdə bu mərhələ "abıxalis qüsulu" adlanırdı. Qüsl vermə başa çatdıqdan sonra meyidin yeddi nayihəsinə-alnına, sağ və sol əllərinin üstünə, sağ və sol ayaqlarını dizlərinə, sağ və sol ayaqlarını baş barmaqlarına sidr-kafur çəkilirdi.
Mərhumun yuyulması başa çatdırıldıqdan sonra "kəfənləmə" başlanırdı. Kənd yerlərində dünyagörmüş kişilər ömrlərinin sonunun yaxınlaşdığını hiss etdikdə şəhərə gedər, sidr və kafur ilə birlikdə ağ çit də alıb kəfən üçün tədarük görərdilər. Şəhər yerlərində isə belə tədarükə ehtiyac yox idi. Məscidlərin nəzdindəki qüslxanalarda sidr və kafura yanaşı kəfənlik ağ şit də olurdu. Xələt adlanan hissə mərhumun boyundan 40–50 sm. uzun biçilirdi. Köynək və şalvar adlanan hissələr çələtin içərisinə yerləşdirilirdi. Kəfənin hissələri hazır olduqdan sonra mərhumun cənazəsi pambıqlanıb şalvar və köynəklə örtülür və xələtin üstünə qoyulub bükülürdü. Kəfən baş və ayaqdan həmin parçadan kəsilmiş iplərlə bağlanırdı. Həmin iplərdən cənazənin belindən kəmər kimi də bağlanırdı ki, cənazə qəbirə qoyulan zaman həmin iplərdən tutumaq mümkün olsun.
Yuyulub kəfənləmə başa çatdıqdan sonra mərhumun cənazəsi tabuta qoyulurdu, tabut isə mafənin üstünə yerləşdirilərək qüslxanadan hüzr yerinə gətirilirdi. Ailə üzvləri, qohular və qonşular mərhuma hallalıq verib onunla vidalaşdıqdan sonra mafə həyətdən götürülüb dəfn üçün qəbirstanlığa aparılardı. Mafə qəbirstanlığa aparılarkən adətən görə üç dəfə qaldırılıb yerə qoyular və sonra mərhumun ayaq tərəfi irəli olmaqla, ən yaxın adamlarının çiynidə qəbirstanlığa yola salınardı. Qəbirstanlığa yalnız kişilər gedərdi. Yol boyu kişilər növbə ilə mafənin altına girib onu qəbirsitanlığa çatdırardılar. Hətta dəfn qafiəsi ilə üzüzə gələn müsafirlər mafəni altına girər və onu bir qədər apardıqdan sonra "Allah rəhmət eləsin!" –deyib, yollarına davam edərdilər. Dəfn qafiləsini önündən gedən molla "Quran"dan surələr oxumaqla cənazəni qəbirstanlığa qədər müşayiət edərdi. Mafə qəbirstanlığın girəcəyinə yerə qoyulardı və molla bütün qəbirtsanlıq əhli üçün dua oxuduqdan sonra qaldırılıb mərhum üçün qazılmış qəbrin yayına aparılardı. Burada mafə yerə qoyulduqdan sonra hamı mollanın arxa tərəfində durub ölü namazı qılar və mərhumun cənazəsi qəbrə qoyulardı. Cənazəni kəfənin arxa və baş tərəflərindən və belinə bağlanmış kəmərlə tutmaqla dörd nəfər qəbrə sallayar, bir nəfər isə qəbrin içində durub onu nizamlayardı. Cənazə sağ çiyni üstə, üzü qibləyə olmaq şərtilə qəbrin dibində "əhlət" adlanan yerə qoyulardı.
Qəbrin dərinliyi ayrı-ayrı bölgələrdə torpağın xüsusiyyətlərindən asılı olaraq müxtəlif olurdu. Şəriətə görə qadın qəbri bir qədrə dərin qazılırdı. Qəbrin dibində cənazə qoyulacaq əhlət adlanan yer o qədər dar qazılırdı ki, meyit böyrü üstə qoyulanda onun divarlarına söykənib aşamasın. Əhlətin sağ və sol divarlarını üstü qəbrin ümumi divarlarına qədər hamar hazırlanırdı ki, cənazə yerləşdirilmiş əhlətin üstünü örtmək məqsədilə ağac və ya daş lövhələrin uclarını qoymaq mümkün olsun.
Kəfənin ayaq və baş tərəflərinə bağlanmış ipləri və kəməri açmaq və cənazəni yerləşdirib nizama salmaq üçün məzara düşən adam mərhumun ən yaxın qohumu olmalı idi. Şəriətə görə mərhum kişi cinsindən olardısa, onun oğlu və ya qardaşı, qadın cinsindən olardısa, əri, qardaşı, yaxudda qızının əri məzara düşüb ona son borclarını verərdilər. Şəriətə görə məzara düşən adam başıaçıq və ayaqyalın olmalı idi[3].
Cənazə nizamlanandan sonra molla mərhumun təlqinini verməyə başlardı. Molla təlqin verdikcə mərhumun sağ çiynindən yavaşca silkələyərdi ki, onun ruhu deyilənləri eşitsin. Mərhum qadın olduqda cənazə nizamlanan və təlqin verilən vaxt qəbrin üstünə bir pərə tutulardı. Təlqin bitdikdən sonra məzara düşən şəxs cənazənni ayaq tərəfindən qəbirdən çıxmalı idi. O qəbirdən çıxdıqdan sonra mollanın köməyilə: "Biz hamımız Allaha məxsusuq və onun yanına qayıdırıq"- sözlərini deyib məzara bir ovuc torpaq atırdı. Sonra qəbrin içində əhlətin üstünə ağac, yaxud daş lövhələr düzərək cənazənin üstünü örtərdilər. Lənkəran bölgəsində ağac lövhələr üzərinə həsir də sərilirdi ki, torpaq əhlətin içinə tökülməsin. Digər bölgələrdə isə əhlətin içinə torpaq tökülməsin deyə bütün deşiklər ot, yaxud küləşlə tutulur, palçıqla suvanırdı. Sonra dəfn mərasimini iştirakçıları növbə ilə bir neçə bel torpaq tökməklə qəbrin üstünü basdırırdılar. Bəzi bölgələrdə, xüsusislə torpağı möhkəm olan qəbristanlıqlarda əhlət qəbirini sağ divarını dibində taxca kimi qazılırdı. "Sapma" adlanan belə qəbirlərdə cənazə əhlətə yerlişdirildikdən sonra əhlətin sol tərəfi örtülür və qəbir torpaq ilə doldurulurdu. Qəbrə torpaq tökərkən bel əldən-ələ verilmirdi və yerə atılırdı. Cavanlar bu adəti bilmədikdə ona deyərdilər ki, beli yerə atın. İnama görə beli əldən ələ vermək pis əlamət sayılırdı. Qəbri torpaqla doldurduqdan sonra onu baş tərəfinə mərhumun soyadı, adı, atasını adı yazılmış müvəqqət baş ağacı basıdırdılar. Müvəqqəti baş ağacı basıdırıldıqdan sonra qəbrin üstündəki torpaq qalağı hamarlanır, qutu şəklinə salınır və ortasına dayaz nov açılır. Həmin nova bir bardaq su tökülür, bardaq isə qəbrin üstünə qoyulurdu.
Qəbrin üstünə başdaşı bəzi bölgələrdə mərhumun qırx, bəzi bölgələrdə isə ili tamam olanda qoyulurdu. İslam dini qəbirüstü abidələri təqdir etmədiyinə görə, keçmişdə mərhum üçün qiymətli baş daşları qoyulmurdu. Bir qayda olaraq qəbrin üstü düzəldilir və baş daşına mərhumun soyadı, adı, atasını adı, anadan olduğu və vəfat etdiyi tarixlər yazılırdı. Yalnız övliyaların və din xadimlərinin üzərində məqbərələr tikilirdi.
Mərhum torpağa tapşırılqdıqdan sonra molla Quranın və "Yasın" surəsini oxuyur və Allahın, peyğəmbərin bu yolla hamı üçün seçdiyini təlqin edən dualar oxumaqla dəfn mərasiminin başa çatdığını bildirirdi. Dəfn mərasiminin iştirakçıları qəbiristanlıqdan çıxarkən də onun kənarında dayanaraq mollanın başçılığı atında bütün qəbiristanlıq əhlinin ruhuna rəhmət oxuyub mərhumun həyətinə qayıdardılar. Qəbiristanlıqdan qayıdanlara mərhumun həyətində gülab paylanır və mola tərəfindən son fatihə oxunurdu. Molla ənənəyə uyğun olaraq mərhumun yas mərasiminin yeddi gün davam edəcəyini, üçü, yeddisi və qırxı günlərinin nə vaxta düşdüyünü və həmin günlər hamının ehsana dəvət olnuduğunu bildirərdi. Molla eyni zamanda elan edirdi ki, mərhumun qırxına qədər hər cümə axşamı məclis olacaqdır. Sonra molla mərasim iştirakçılarını məclisə dəvət edərdi. Hüzrə gələnlər üçün mərhum qəbirstanlığa yola salındıqdan sonra həyətdə xüsusi olaraq qalmış adamalar tərəfindən düzəldilir və dəfn mərasim iştirakçılarının qəbiristanlıqdan qayıtmalarına qədər sahmana salınırdı. Hüzr üçün qurulmuş məclisə "yas yeri", bəzi bölgələrdə, o cümlədən Naxçıvan və Qazaxda "mərəkə" deyirdilər. Vaxt sarıdan imkanı olmayanalar mərhumun ailə üzvlərinə üzrxahlıq edib bir daha başsağlığı verərək dağılışır, imkanı olanlar isə keçib məclisdə oturur axundun və yaxud mollanın oxuduğu "Quran" surələrinə və danışdığı hədislərə qulaq asardılar.
El adətinə görə, mərhumun üçünə qədər yas yerində ehsan verilməz və yemək bişirilməzdi, mərhumun yaxın qohumları öz evlərində yemək bişirib hüzr yerinə gətirər və uzaq yerlərdən hüzr yerinə gələnlərə ehsan yeməyi verirdilər. Bəzi bölgələrə mərhumun ilinə qədər yalnız üçündə və qırxında, bəzi bölgələrdə isə yeddisi və qırxı günləri ehsan verilərdi. İmkanlı ailələr mərhumun qırxına qədər bütün cümə axşamları da hüzrə gələnlərə ehsan verərdilər. Qeyd olunduğu kimi Azərbaycanın bütün bölgələrindən ailənin maddi imkanından asılı olmayaraq mərhumun ilində ehsan verilər və ənənəyə görə ehsana adamalar dəvət olunardılar. Eyni zamanda mərhumun üçündə və yeddisində, qırxına qədər hər cümə axşamında, qırxında, ilində və bayram günlərində molla ilə birlikdə qəbirstanlığa gedər və mərhumun qəbri üstündə yasin oxuyardılar.
Azərbaycan əksər bölgələrində "ağı" adlanan belə mərasim ağlaşmaları Naxçıvan bölgəsində "edi" adlanırdı. Naxçıvanda cana oğulun ölümü ilə bağlı olan qadın mərasim ağlaşmaları "mələşmə" adlanırdı. Görünür, xalq arasında işlədilən "anası mələr qaldı" ifadəsi həmin mərasim ağlaşmasında götürülmüşdür.
Mərhumun ruhuna hörmət əlaməti olaraq yaxın qonşular və qohumlar ona qırx gün yas saxlayar, başlarını və üzlərini qırxdırmaz, qırmızı paltar geyməz, evlərində səs-küylü, musiqili tədbirlər keçirməzdilər. Mərhum cavan olduqda onun ailə üzvləri ili tamam olanadək qara paltar geyər, şadyanalıq etməz və toylara getməzdilər. Qohum və qonşular isə mərhumun ili çıxmamış toy etməli olduqda onun ailəsindən icazə istəməli olurdular. Yaslı ailənin ağsaqqalı və ağbirçəyi: "Xeyir və şər qardaşdır. Gedin toyunuzu edin!" –deyərək toy sahibinə razılığını bildirər və xeyir-dua verərdi.
Dəfn və yasla bağl mərasimlər "yasdançıxma" mərhələsi ilə bitirdi. Kişi və qadınların yasdançıxma adətləri bir-birindən fərqlənirdi. Kişilərin yasdan çıxması üçün xüsusi mərasim tələb olunmurdu. Sadəcə olaraq ağsaqqalardan biri mərhumun yeddisi, yaxud qırxı çıxdıqdan sonra saqqal saxlamış cavanlara məsləhət edərdi ki, saqqallarını qırxdırıb yuyunsunlar. Bununla da kişilərin yasdançıxma mərhələsi başlayır və mərhumun ili çıxdıqdan sonra toya getməklə bitirdi. Qadlınarın isə yasdan çıxması "Qara bayram" mərasimi ilə bağlı idi. "Qara bayram" mərhumun qırxı çıxdıqdan sonra qarşıdan gələn ilk Novruz, Qurban və Ramazan bayramları ilə əlaqdar keçilirdi. Bayrama bir və ya bir neçə gün qalmış qohumlar və ya yaxın qonşu qadınlar yığışıb qənd, çay, parça və həna kimi bayram sovqatları ilə mərhumun evinə gedirlər. Qənd və çay ağız şirinliyi, parça yasdan çıxma, həna isə şadlıq rəmzi hesab edilirdi. Yaslı ailə gələn qonaqlar üçün qabaqcadan tədarük görürdü. Yığışanlar mərhumu yada salıb bir qədər ağladıqdan sonra "Qara bayram" sahibinin süfrədə açdığı təamlardan yeyir, mərhumun ailəsini qarşıdan gələn bayramını təbrik edib dağılışardılar. "Qara bayram" keçirməkdə məqsəd mərhumun ailəsinə qarşıdan gələn bayramı yasdan çıxmış halda qarşılamaq imkanı veriridi. Beləliklə, qadınların yasdançıxma mərhələsi başlayır və mərhumun ilinin çıxmasınadək başa çatırdı.
Dəfn və yasla bağlı mərasimlər, adət-ənənələr öz tarixi kökü ilə çox qədim ərslərə çıxır və onlardan Azərbaycan şifahi xalq ədəbiyyatında, xüsusilə də dastanlarda geniş bəhs olunur. Azərbaycan dastanlarında belə bir fikir təlqin edilir ki, ulu Tanrı tərəfindən bir gün yaradılan bir gün də ölüb torpağa qatlaşırdı. Bu fəlsəfi fikrin ən gözəl nümunəsi: "Kitabi-Dədə Qorqud"da ifadə edimişdir:
Qanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?”Gəlimli, gedimli dünya...son ucu ölümlü dünya...” |