Uğur üçün su tökmək

Uğur üçün su tökməkAzərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti.[1][2][3] Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.[1][3]

Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir.[2] Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin.[1] Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".[2]

  1. 1 2 3 Одговор.Но 1: Зашто проливамо воду за срећу? (serb). Radio-Television of Republika Srpska. 2011-10-02. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-03.
  2. 1 2 3 Žarko Trebješanin. Антологија српске књижевности: Представа о детету у српској култури (docx) (serb). Учитељски факултет Универзитета у Београду. 2009. səh. 32. 2012-04-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-10-03.
  3. 1 2 Milorad Radunović. Зборник радова конференције "Развој астрономије код Срба VI": Одрази космичких сила на духовни живот српског народа у Метохији: Обичаји и веровања, стр. 901 (PDF) (serb). Публ. Астр. друш. „Руђер Бошковић“ бр. 10, 2011, 889-904. April 22–26, 2010. İstifadə tarixi: 2011-10-03.[ölü keçid]