Azərbaycanda elan olunmuş illərin siyahısı

"Könüllülər ili" münasibətilə 2020-ci ildə buraxılmış poçt markası.

2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur.[a] Bəzi illər müəyyən bir sahənin inkişafına diqqət ayırmaq üçün (məsələn, "Sənaye ili" və ya "Könüllülər ili") elan olunduğu halda, bəzi illər müəyyən hadisələrin yubileyini qeyd etmək üçün (məsələn, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili") elan olunur.

Prezident tərəfindən ilin elan olunması adətən ilin əvvəlində – yanvar ayında baş versə də, bəzi hallarda bir neçə ay qabaqcadan da il elan olunur. Məsələn, "Heydər Əliyev ili" 2022-ci ilin sentyabr ayında elan olunmuşdur. İllə bağlı keçiriləcək tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.

İl Ad Elan tarixi Səbəb və ya məqsəd İst.
2007 Gənclər ili 9 fevral 2007 "Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi … gənc istedadlara dövlət qayğısının artırılması" [1]
2009 Uşaq ili 22 dekabr 2008 "uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi" [2]
2010 Ekologiya ili
2011 Turizm ili 15 fevral 2011 "turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik Azərbaycanın təbiət abidələrinin və eləcə də Azərbaycan xalqının qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək" [3]
2012 İdman ili 16 yanvar 2012 "İdmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması … rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi" [4]
2013 İnformasiya-kommunikasiya texnologiyaları ili 16 yanvar 2013 "Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək" [5]
2014 Sənaye ili 10 yanvar 2014 "ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək" [6]
2015 Kənd təsərrüfatı ili 12 yanvar 2015 "kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək" [7]
2016 Multikulturalizm ili 11 yanvar 2016 "Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasını təmin etmək" [8]
2017 İslam Həmrəyliyi ili 10 yanvar 2017 "islam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək" [9]
2018 Azərbaycan Xalq Cümhuriyyəti ili 10 yanvar 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd etmək" [10]
2019 Nəsimi ili 11 yanvar 2019 Nəsiminin 650 illiyi, "Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti" [11]
2020 Könüllülər ili 30 dekabr 2019 "gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək" [12]
2021 Nizami Gəncəvi ili 5 yanvar 2021 Nizami Gəncəvinin 880 illiyi, "Nizaminin yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti" [13]
2022 Şuşa ili 5 yanvar 2022 Şuşanın 270 illiyi, "Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyəri" [14]
2023 Heydər Əliyev ili 29 sentyabr 2022 "Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək" [15]
2024 Yaşıl dünya naminə həmrəylik ili 25 dekabr 2023 "iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi" [16]
  1. 2008-ci il istisna olmaqla.
  1. "2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında". E-qanun.az. 9 fevral 2007. 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  2. "2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında". E-qanun.az. 22 dekabr 2008. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  3. "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında". E-qanun.az. 15 fevral 2011. 2014-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  4. "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında". E-qanun.az. 16 yanvar 2012. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  5. "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında". E-qanun.az. 16 yanvar 2013. 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  6. "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında". E-qanun.az. 10 yanvar 2014. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  7. "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında". E-qanun.az. 12 yanvar 2015. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  8. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında". E-qanun.az. 11 yanvar 2016. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  9. "2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında". E-qanun.az. 10 yanvar 2017. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  10. "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında". E-qanun.az. 10 yanvar 2018. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  11. "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında". E-qanun.az. 11 yanvar 2019. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  12. "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında". E-qanun.az. 30 dekabr 2019. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  13. "Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında". E-qanun.az. 5 yanvar 2021. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  14. "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında". E-qanun.az. 5 yanvar 2022. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  15. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında". E-qanun.az. 29 sentyabr 2022. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  16. "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında". E-qanun.az. 25 dekabr 2023. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]