Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb.[1] Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir.[2]
Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur.[3] Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi.[4]
2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur.[5] 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir.[6] "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.[6]
Azərbaycanda qəhvə istehsal olunmasa da, qəhvə istehlakı son illər artmaqdadır. 2016-cı ildə Azərbaycana 120 min ton qəhvə gətirildiyi halda, bu göstərici 2017-ci ildə 240 min tona yüksəlib.[7]