Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır.
Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır.
Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir:
Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.[1]
Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür. Başqa hallarda iki və ya daha çox qismən tanınmış dövlətlər eyni ərazi vahidinə iddia və hər ikisi də bu ərazilərin müəyyən hissəsini de fakto suverenlik edə bilər. Misal olaraq Çin Respublikası (Tayvan) ilə Çin Xalq Respublikası və Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya (Koreya) dövlətlərini gətirmək olar. Ölkədə milli azlıq kimi dövlət quran qurumlar adətən deklarativ doktrinaya əsaslanırlar.
Bir çox hallarda dövlətlərin beynəlxalq səviyyədə tanınmamaqları onların ərazisində xarici hərbi bazaların olması və bu üzdən də ölkənin müstəqil olmamasında da asılıdır. Belə olduqda beynəlxalq birlik xarici hərbi qüvvələrin ölkədə mövcudluğunu onun oyuncaq ölkə olması və müstəqilliyin formal xarakter daşıdığını, real suverenliyin isə xarici hərbi qüvvənin (dövlətin) əlində olduğu düşünülür. Misal kimi yapon yönlü olan Mançukuo və ya İkinci dünya müharibəsi zamanı almanlar tərəfindən yaradılmış Slovakiya və Xorvatiya gətirmək olar. İkinci misal kimi Avropa İnsan Haqqları Məhkəməsinin Türkiyəyə qarşı Şimali Kipr ərazisində öz hakimiyyətinin yürüdülməsi iddiasını göstərmək olar.
Həmçinin elə qurumlar da var ki, hər-hansı bir ərazi üzərində idarəsi olmasa da və ya tam olaraq deklarativ dövlətçilik meyarlarına cavab verməsə də ən azından bir dövlət tərəfindən de yure suveren dövlət kimi tanınıb. Tarixi olaraq bura Estoniya, Latviya və Litvanı (Sovet işğalı zamanı) misal olaraq gətirmək olar. Müasir nümunə kimi Fələstin dövlətinin yüzdən çox dövlətin tanınmasını göstərmək olar.
Dövlətin tanınmamağı yalnız diplomatik səthlə bitmir. Bunun vətəndaş üçün əlavə fəsad və problemləri də var. Belə ki, müəyyən hallarda digər dövlətin məhkəməsi qərar verərkən digər dövlətin hüquqi olaraq mövcud olmadığına əsaslanır. Bir qayda olaraq tanınmamış dövlətlərin pasportları da BMT üzvü olan dövlətlərə getməyə imkan verən sənəd deyil. Eyni zamanda elə hallarda olur ki, dövlətin müstəqilliyi tanınmasa da tanınmış dövlət onun qanunvericiliklə müəyyən edilmiş sənədlərini, pasport və orada qeydiyyatda olan hüquqi şəxslərini tanıyır.
Tanınmamış dövlətlər digər dövlətlər tərəfindən separatist qurum, ayrılmış regionları isə işğal edilmiş torpaqlar kimi qəbul edə bilər. Digər dövlətlər tərəfindən tanınması dəstəklənməyən dövlət və beynəlxalq təşkilatlar tərəfindən qismən tanınmış ölkələr də eynilə bu cür xarakterizə edilir.
Dövlətin tanınmağı yalnız BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleyanın qərarı ilə ola bilər. Qəbul üçün Təhlükəsizlik Şurasının 15 ölkəsindən minimum 9-u lehinə olmalıdır. Ondan sonra məsələ Baş Assambleyaya ötürülür ki, dövlətin üzv olması haqda qətnamənin qəbulu üçün hazırkı üzvlərin üçdə ikisinin lehinə olması gərəkir. Bununla belə nəzərdə tutmaq lazımdır ki, şuranın 5 daimi üzvü — Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Fransa və Amerika Birləşmiş Ştatları əleyhinə səs verərək qərara veto qoya bilər.
Buna görə də hal-hazırda BMT üzvü olmaq dövlətin dünyada geniş diplomatik tanınmaya malik olması kimi baxılır və onu de yure müstəqil, suveren qurum kimi təsdiq edir.
Meyarlara dövlətçiliyin olması, ən azı bir dövlətin tanımaması olmalıdır. Bundan əlavə:
Bəzi dövlətlər yeni yaranmış ölkələrlə heç bir ərazi və ya başqa bir mövzu üzrə mübahisəsi olmasada onlarla tez bir zamanda münasibət qurmur və tanımırlar. Onlar bu qəbildən olan siyahıya aid deyillər. Bəzi ölkələr isə deklarativ meyarlarları yerinə yetirərək, bir çox dövlətlər tərəfindən tanınıb və hətta Birləşmiş Millətlər Təşkilatı üzvü olmasına baxmayaraq ərazi və ya başqa münaqişələrə görə başqa bir və ya daha çox dövlət tərəfindən tanınmır. Bu cür ölkələr siyahıya daxil edilir. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 üzv-dövləti var.
Bəzi dövlətlər onları tanımayan başqa dövlətlərlə qeyri-rəsmi (rəsmi olaraq qeyri-diplomatik) əlaqələrdə olur. Çin Respublikasını burada ən böyük nümunə kimi göstərmək olar. Belə ki, bu dövlət müxtəlif ölkələrdə yerləşən özünün bir çox iqtisadi, mədəni ofisləri vasitəsilə əlaqə yaradaraq, bir növ daimi konsulluq işi yürüdür. Bu Çin Respublikasına hətta onu formal olaraq tanımayan dövlətlər ilə iqtisadi münasibətdə olmağa imkan verir. Toplam olaraq Almaniya,[2] İtaliya,[3] ABŞ[4] və Birləşmiş Krallıq[5] daxil olmaqla 56 dövlət bu və ya digər formada Çin Respublikasında qeyri-rəsmi nümayəndəliklərə malikdir. Kosovo, Şimali Kipr, Abxaziya, Dnestryanı, Sahara Respublikası, Somalilənd, Fələstin və hətta Dağlıq Qarabağ Respublikasının xaricdə qeyri-rəsmi olaraq müəyyən diplomatik və ya iqtisadi məsələlərlə məşğul olan xüsusi nümayəndəliklər saxlayır.
Tanınmamış dövlətlərin yaranmasını şərti olaraq aşağıdakı kimi bölmək olar:
Dövlətlərin müstəqilliyini elan etməsi dalğası 1990-cı ilin əvvəlində SSRİ və Yuqoslaviyanın dağılması və bunlarla bağlı etnoərazi münaqişələrin (Dağlıq Qarabağ Respublikası, Dnestryanı Moldova Respublikası, Qaqauziya , Abxaziya, Cənubi Osetiya, Serbskaya Krayina Respublilkası, Serb Respublikası, Kosovo Respublikası) yaranması ilə başladı. Bu cür münaqişələr və ümumiyyətlə dövlətlər olduqca unikal idi və bu üzdən beynəlxalq birlik yeni yaranmış dövlətlərdən parçalanmış əraziləri tanımaqdan imtina edərək "sərhədlərin möhkəmliyi"ni sərt mövqe olaraq ortaya qoydu. Nəticədə statusu müəyyənləşməmiş "tanınmamış postsovet dövlətləri" fenomeni yarandı. Bəzi ekspertlər bu dövlətlərin müəyyən hissəsin əslində əhali tərəfindən kütləvi dəstəyə sahib olub, effektiv dövlət aparatına malik müstəqil dövlətlər olduğunu qeyd edir. Eyni zamanda yetərincə etno-münaqişə mövzusu üzrə mütəxəssis olan ekspertlər bu iddianın əsassız olduğunu deyir.
1995-ci ildə Serbskaya Krayinanın iddia etdiyi torpaqlara Xorvatiya nəzarəti bərpa edib. 1999-cu ildə İçkeriyanın iddia etdiyi ərazilərə Rusiya öz suverenliyini bərpa edir. 2009-cu ildə isə Tamil-İlamın nəzarətdə saxladığı əraziləri Şri-Lanka geniş hərbi əməliyyatlar vasitəsilə yenidən özünə qaytarmağa nail olur. 2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya qarşı analoji addımı atmaq istəsə də bilavasitə Rusiyanın hərbi müdaxiləsi və separatçılara yardımı nəticəsində uğursuz olmuşdu. Nəticədə Gürcüstan Cənubi Osetiya və Kodor dərəsinə nəzarəti tam itirmişdi.
1994-cü ilin sonlarında Qaqauziya Respublikası Moldovanın tərkibinə muxtariyyət əsasında sülh ilə daxil olsa da, 2000-ci illərdən yenidən münaqişə alovlanmağa başlamışdır.
2001-ci ildə keçmiş SSRİ ərazisində olan tanınmamış dövlətlər özlərinin Tanınmamış dövlətlər birliyini yaradır.[6]
Tanınmayan dövlətlər
Dövlət | Bayrağı |
---|---|
Somalilend |
Adı | Statusu | Rəsmi mövqe | İstinadlar |
---|---|---|---|
Şimali Kipr Türk Respublikası | Türk Silahlı Qüvvələrinin Kipr adasına daxil olması nəticəsində 1983-cü ildə öz müstəqilliyini elan etmişdir. 2004-cü ildə ŞKTR-in ərazisi formal olaraq Kipr Respublikasının hissəsi kimi Avropa Birliyinə daxil edilib. Türkiyə və Naxçıvan Muxtar Respublikası tərəfindən tanınır. İslam Əməkdaşlıq Təşkilatı Şimali Kiprə "Türk Kipr Dövləti" adı altında üzvlük verib. BMT-nin 541-ci qətnaməsi Şimali Kiprin müstəqilliyini qeyri-qanuni olduğunu qeyd edir.[7] | Kipr Respublikası Şimali Kipri öz ərazisinin bir hissəsi kimi sayır. | [8] |
Abxaziya Respublikası | 1999-ci ildən müstəqilliyini elan edib.[9] Abxaziyanın dövlət müstəqilliyini 2008-ci il üçün 5 BMT üzvü olan dövlət — Rusiya,[10] Nikaraqua,[11][12][13] Venesuela,[14] Nauru[15] və Vanuatu[16][17] tərəfindən tanınır. | Gürcüstan bu ərazinin öz tərkibində muxtariyyat kimi tanıyır. | [18][19][20][21] |
Cənubi Osetiya Respublikası | Cənubi Osetiya öz müstəqilliyini 1991-ci ildə elan edib. Hal-hazırda dörd BMT üzv dövlətlər – Rusiya,[10] Nikaraqua,[11][12][13] Venesuela,[14] Nauru[22] və üç BMT üzvü olmayan dövlət – Abxaziya və Dnestryanı tərəfindən tanınır.[23] | Gürcüstan bu ərazinin öz tərkibində muxtariyyat kimi tanıyır. | [19][20][24] |
Adı | Statusu | Rəsmi mövqe | İstinadlar |
---|---|---|---|
Kosovo Respublikası | Kosovo öz müstəqilliyini 2008-ci ildə elan edib. Hal-hazırda Kosovanın dövlət müstəqilliyi 81 BMT-üzv dövləti və bir BMT üzvü olmayan – Çin Respublikası tərəfindən tanınır. BMT Təhlükəsizlik Şurasının 1244-cü qətnaməsinə əsaəsən 1999-cu ildən (2008-ci ildən isə bir-başa Avropa Birliyinin) bəynəlxalq idarəetməsi altındadır. Kosovanın müstəqilliyi yerli serblər tərəfindən tanınmır və onların kompakt yaşadığı ərazilərdə yeni respublikanın hakimiyyəti sıfır dərəcəsindədir.[25] | Serbiya Kosovanı öz ərazisinin bir hissəsi kimi tanıyır. | [26][27] |
Çin Respublikası (Tayvan) | Çin Respublikası (ÇR və ya sadəcə Tayvan) konstitusiyaya əsasən 1912-ci ildə yaradılıb. 1949-cu ildə Çində baş vermiş vətəndaş müharibəsi nəticəsində BMT tərəfindən diplomatik dəstəyi itirir və 25 oktyabr 1971-ci ildə Baş Assambleyanın 2758-ci qətnaməsinə əsasən qurumdakı yer Çin Xalq Respublikasına keçir. Hal-hazırda 23 BMT üzvü olan dövlət tərəfindən tanınır.[28] Qalan bütün BMT üzvləri Çin Respublikasını rəsmi olaraq dövlət kimi tanımır; onlardan bəziləri ÇR-in idarə etdiyi əraziləri de jure olaraq Çin Xalq Respublikasının (ÇXR) ərazisi kimi, digərləri ÇR-i Çin Xalq Respublikasının subyekti kimi tanımağa dair heç bir konkret mövqe bildirmədən yayınırlar. Özünün faktiki müstəqilliyi dövründə Çin Respublikası uğurlu diplomatik danışıqlar apararaq müəyyən dairələrdə ÇR ilə ÇXR-ın fərqli, iki müstəqil dövlət kimi tanıtdıra bilmişdir.[29] | Çin Xalq Respublikası Çin Respublikasının (Tayvanın) hüquqi olaraq artıq mövcud olmadığını iddia edərək onu öz suveren ərazisinin bir hissəsi kimi qəbul edir. | [30] |
Fələstin Dövləti | Fələstin Azadlıq Təşkilatı 1988-ci ildə Əlcəzairdə Fələstin Dövlətini elan edir. O zaman FAT elan etdiyi torpaqların heç birini idarə etmirdi.[31] Bu gün isə Fələstin Dövlət İdarəetməsi (FDİ) vasitəsilə FAT Fələstinin bir çox yerlərinə nəzarət edir.[32][33] Fələstin Dövləti Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Hal-hazırda Fələstin 125 BMT üzv dövləti tərəfindən tanınır.[34][35] | İsrail Fələstini dövlət olaraq tanımır və mübahisəli ərazilərin statusu ilə bölgüsü müəyyənləşməyənədək onu işğal altında saxlayır.[44] | [45][46][47][48][49][50][51] |