Azad İrland dövləti


Azad İrland dövləti (ing. Irish Free State, irl. Saorstát Éireann) (1922-1937) — İngiltərə-İrlandiya müqaviləsinə uyğun olaraq 6 dekabr 1922-ci ildə yaradılmış dominion dövlət. Yaradılan zaman o, İrlandiya adasının bütün ərazisini əhatə edirdi, lakin elə ertəsi gün Şimali İrlandiya müqavilədə təsbit olunmuş sesessiya hüququndan istifadə etdi və kraldan xahiş etdi ki, “Azad İrland dövləti parlamentinin və hökumətinin səlahiyyətləri artıq Şimali İrlandiyaya şamil edilmir”. Dekabrın 8-də Şimali İrlandiya rəsmi olaraq İrlandiyanın digər hissəsindən ayrıldı. Azad İrland dövləti 29 dekabr 1937-ci ildə dominion statusundan çıxaraq müstəqil İrlandiyaya çevrilməsində həlledici addım kimi xidmət edən yeni konstitusiyanın qəbulundan sonra rəsmi olaraq fəaliyyətini dayandırdı.

Tarixi dövlət
Azad İrland dövləti
Bayraq Gerb
Bayraq Gerb
İrlandiya dövlət himni

Paytaxt Dublin
Dilləri İrland dili, ingilis dili
Rəsmi dilləri
Valyuta funt sterlinq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar