Azad Abbaszadə

Azad Abbaszadə (tam adı: Azad Abbasqulu oğlu Abbaszadə; d 3 fevral 1939, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1995), professor (1999).

Azad Abbaszadə
Azad Abbasqulu oğlu Abaszadə
Doğum tarixi (85 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
Elmi dərəcəsi Fizika-riyaziyyat elmlər doktoru
Elmi adı professor

Azad Abbaszadə 1939-cu ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Professor Abbasqulu Abbaszadənin oğludur. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir.[1]

A.Abbaszadə 19762007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007 ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kompüter mərkəzinin müdiridir.[1]

Tədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informasiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif etmişdir. 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.[1]

  1. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 22. ISBN 978-9952-441-02-4.