Azad Kərimov

Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.

Azad Kərimov
Ümumi məlumatlar
Tam adı Azad Azər oğlu Kərimov
Doğum tarixi (28 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Boyu 174
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Kəpəz
Nömrəsi 15
Karyerası
Klub karyerası[* 1]
2011—2012 Azərbaycan Lokomotiv-Biləcəri 17 (0)
2012—2015 Azərbaycan Bakı 12 (0)
2015—h.h Azərbaycan Kəpəz 24 (0)
Milli yığma[* 2]
2014—h.h Azərbaycan Azərbaycan U-21 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir.[1] 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır.[2]

Çempionat[redaktə | mənbəni redaktə et]

Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:

Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 17 0 8
2 2014 / 2015 "Bakı" 1 0 2

Kubok[redaktə | mənbəni redaktə et]

Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir:

Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 1 0 1

Milli karyerası[redaktə | mənbəni redaktə et]

2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.[3]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Tarixçə[redaktə | mənbəni redaktə et]