Azad Mövlud oğlu Nəbiyev (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1981), professor (1982), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).[1][2]
Azad Nəbiyev | |
---|---|
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri | |
24 iyul 1992 – 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 2012 (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
Azad Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika ixtisasına daxil olub. O, 1967-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurub.[3] Azad Nəbiyev 1968-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul edilib.[2]
Rövşən adlı oğlu və Ülkər adlı qızı var.
Azad Nəbiyev əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında siyasi ədəbiyyat üzrə böyük redaktor kimi başlayıb və 1974-cü ilə qədər orada çalışıb. O, 1974-1976-cı illərdə "Gənclik" nəşriyyatında redaksiya müdiri olub.[4]
Azad Nəbiyev 1976-cı ildən Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlayıb. O, 1976-1989-cu illərdə universitetin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Alimin təşəbbüsü ilə 1989-cu ildə Bakı Dövlət Universitetində Folklor kafedrası açılır və o, həmin kafedranın müdiri vəzifəsinə təyin edilib.[5][6] Bakı Dövlət Universitetinin nəşr etdiyi "Folklorşünaslıq məsələləri" jurnalının baş redaktoru olub.[2]
Azad Nəbiyev 1992-2000-ci illərdə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olub. O, 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilib, habelə 1998-ci ildən ölümünə qədər Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin və 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.[7]
Azad Nəbiyev AMEA Humanitar və İctimai Elmlər Bölməsi Bürosunun və AMEA Folklor İnstitutu Elmi Şurasının üzvü, "Folklorşünaslıq" ixtisası üzrə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi uzun müddət fəaliyyət göstərib.[2] 1992-2000-ci illərdə Dirçəliş və Tərəqqi Partiyasının sədri olub.[5]
Azad Nəbiyev 1972-ci ildə 27 yaşında "Koroğlu dastanı Koroğlu surəti (Azərbaycan-Özbək materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafıə edib. 1981--ci ildə 36 yaşında isə "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[2][6]
Azad Nəbiyev ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunub. 1972-ci ildən qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış edib.[4]
Azad Nəbiyev İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.[7][4]
Azad Nəbiyev 13 fevral 2002-ci ildə Bakı şəhərində qəfil ürəktutmadan vəfat edib və Qubanın II Nügədi kəndində dəfn edilib.[8]
Azad Nəbiyev 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adını alıb.[6]