Azadlığa gedən yollar (film, 1990)

Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz ƏliyevRövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.[1]

Azadlığa gedən yollar
Fayl:Azadlığa gedən yollar (film, 1990).jpg
Janr sənədli film
Rejissorlar Xamiz Muradov
Tofiq Məmmədov
Ramiz Əliyev
Rövşən Almuradlı
Ssenari müəllifi Xamiz Muradov
Operatorlar Köçəri Məmmədov
Nizami Abbas
Tofiq Sultanov
Nemət Rzayev
Rəfael Salamzadə
Rafiq Quliyev
Sərdar Vəliyev
Elxan Əliyev
Bəstəkar Rauf Əliyev
İstehsalçı "Salnamə" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1990
Filmin növü tammetrajlı sənədli film
Müddət 62 dəq.
Ölkə SSRİ SSRİ
İl 1990
Texniki məlumatlar 7 hissə
1560 metr
Rəng rəngli

Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.[2]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Xamiz Muradov
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı
Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev
Bəstəkar: Rauf Əliyev
  1. Lider TV. "20 Yanvara həsr olunan filmlər, mahnılar, şeirlər..." (az.). Youtube.com. 20.01.2017. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  2. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 282-283

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 348-350; 377.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]