Azadlıq meydanı (İrəvan)

Azadlıq meydanı və ya Opera meydanı (erm. Ազատության հրապարակ; Azatut'yan hraparak), 1991-ci ilə kimi isə Teatr meydanı (erm. Թատերական հրապարակ; T'aterakan hraparak) – Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən meydan. Meydan İrəvan Opera Teatrı kompleksinin bir hissəsidir, əsas opera binasının cənubunda, opera parkı ilə Qu gölü arasının yerləşir. Respublika meydanı ilə birlikdə Azadlıq meydanı İrəvanın mərkəzindəki iki əsas meydandan biridir. Dörd küçə ilə əhatə olunub: Tumanyan küçəsi, Teryan küçəsi, Sayat Nova prospekti və Maştots prospekti. Yazıçılar Hovannes TumanyanAleksandr Spendiaryanın heykəlləri bu meydanda yerləşir.

Azadlıq meydanı
Məlumatlar
Ölkə
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ümumi görünüş.

Meydanda tez-tez baş tutmuş nümayişlərə görə Azadlıq meydanı Ermənistanda demokratiyanın simvolu hesab olunur.[1] Meydanın tutumu 40.000,[2] 42.000-45.000,[3] 50.000 nəfərdir.[4]

1988: Qarabağ münaqişəsi

[redaktə | mənbəni redaktə et]

Meydan müasir Ermənistan tarixində vacib rola malikdir. 1988-ci ilin fevralından Qarabağ münaqişəsi səbəbilə bu meydanda bir çox nümayiş keçirilmişdir. Nümayişlərin qarşısını almaq üçün 1988-ci ildə Sovet polisləri və ordusu tərəfindən meydan bir neçə dəfə bağlamışdır.[5][6][7]

Seçkisonrası etirazlar

[redaktə | mənbəni redaktə et]

Ermənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra antihökumət qüvvələrinin əsas nümayiş məkanına çevrilmişdir (xüsusilə 1996, 2003, 2008 və 2013-cü illərdəki prezident seçkiləri zamanı).

Mübahisəli 2008-ci il seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın minlərlə dəstəkçisi meydanda yığışmış və oturaraq etiraz etmişdir. 1 mart 2008-ci il səhərində dinc etirazçılar polis zorakılığına məruz qalmış və meydan vətəndaşlara bağlanılmışdır.[8] 20 gün boyunca meydan polis və ordunun nəzarəti altında olmuşdur. Meydan 3 il boyunca etirazçılar üçün bağlı olmuşdur. 17 mart 2011-ci ildə Ter-Petrosyanın Ermənistan Milli Konqresi meydanda böyük etiraz aksiyası keçirmişdir.[9]

Yeraltı avtomobil dayanacağı

[redaktə | mənbəni redaktə et]

28 avqust 2008-ci ildə Ermənistan hökuməti ətrafda tıxac yaradan maşınların sayını azaltmaq üçün meydanın altında avtombil dayanacağı tikməyə qərar vermişdir.[10] Layihəni dəstəkləməyənlər tikintinin meydanı məhv edəcəyini iddia etmişdirlər. 500 maşın tutumlu 3 mərtəbəli avtomobil dayanacağı mer Qaqik Beqlaryan və prezident Serj Sarkisyanın iştirakı ilə 24 may 2010-cu ildə açılmışdır. Layihə 10,5 milyon $-a başa gəlmişdir.[11][12]

  1. Abrahamyan, Gayane. "Symbol of freedom or reminder of violence?: Opposition, city authorities continue battle over key Yerevan square". ArmeniaNow. 16 September 2010. 8 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018. The square, which is a symbol of democracy and victory going back to late Soviet times, was immediately turned into a construction site as the city began to build a huge underground parking garage.
  2. Pennington, Joseph. "FEB 9 TER-PETROSSIAN RALLY THE BIGGEST SO FAR THIS SEASON; UNREALIZE HOPES FOR OPPOSITION ALLIANCE, BUT PROMINENT VETERANS' GROUP MEMBERS ANNOUNCE SUPPORT". WikiLeaks. Embassy of the United States, Yerevan. 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-16. The local rule of thumb, which has aided us all year in our crowd estimations, is that Freedom Square has a maximum capacity of 40,000 people.
  3. "Ինչքան մարդ է տեղավորում Ազատության հրապարակը [How many people does the Freedom Square hold]". Aravot (erməni). 20 February 2013. 22 March 2014 tarixində arxivləşdirilib. Մեծ խտության դեպքում` մինչեւ 42-45 հազար մարդ` միայն ասֆալտին:
  4. Martirosyan, Ara. Որքա՞ն միտինգավոր է տեղավորվում Ազատության հրապարակում. Azg Daily (erməni). 9 November 2008. 22 March 2014 tarixində arxivləşdirilib. Մի խոսքով, ներկայիս հանրահավաքների առավելագույն թիվը Ազատության հրապարակում կազմում է 50 հազար մարդ, քանի որ շրջակա տարածքները ներկայումս կառուցապատված են եւ այնտեղ մարդիկ գրեթե չեն լինում:
  5. Malkasian, Mark. Gha-ra-bagh!: The Emergence of the National Democratic Movement in Armenia. Detroit: Wayne State Univ. Press. 1996. ISBN 9780814326046. Residents awoke the next day [of 22 March 1988] to find Theater Square and the opera house ringed by fresh-faced soldiers..."
  6. "Troops Sent Back to Armenia Capital After Mass Rally". Los Angeles Times. 10 July 1988. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  7. Keller, Bill. "Armenia Opens To Show Capital Under Tight Lid". New York Times. 22 December 1988. 8 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018. The virtually nonstop, open-air political discussions that raged outside the city's neoclassical opera house have ended. The square beside the opera house is now ringed by tanks and troops, who wear bulletproof vests at nightfall.
  8. Tavernise, Sabrina. "Emergency Order Empties Armenian Capital's Streets". New York Times. 3 March 2008. 22 March 2014 tarixində arxivləşdirilib. It was clear by early afternoon Saturday that after 10 days of peaceful protests, the demonstrators, who had been beaten by police officers in the morning, were spoiling for a fight.
  9. "Armenian Opposition Reoccupies Key Square As Protests Grow In Strength". Radio Free Europe/Radio Liberty. 18 March 2011. 25 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  10. Ազատության հրապարակը վերադարձվեց երևանցիներին` 500-տեղանոց ավտոկանգառով. panorama.am (erməni). 24 May 2010. 14 November 2014 tarixində arxivləşdirilib.
  11. "New Underground Parking Structure Inaugurated in Armenian Capital". Asbarez. 24 May 2010. 29 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2018.
  12. "The Underground Parking Lot of the Freedom Square opened with Participation of the Armenian President". Armenpress. 24 May 2010. 14 November 2014 tarixində arxivləşdirilib.