Melia azedarach (lat. Melia azedarach) – meliyakimilər fəsiləsinin meliya cinsinə aid bitki növü.
İran meliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: İran meliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Şərqi Himalayda yayılmışdır.
Hündürlüyü 15 m, gövdəsinin diametri 40 sm-ə qədər olan, qamətli, olduqca dekorativ ağacdır. Cavan budaqları qırmızımtıl-qəhvəyi, gövdəsi qonur və ya boz rəngdə olub, qırışıqlıdır. Yarpaqları 20-40 sm uzunluqda, ikişər və ya üçşər lələkvaridir. Yarpaqcıqları 2-6 sm uzunluqda, 3-9 ədəd olub, yumurtavari, oval və ya uzunsov-ellipsvari, itiucludur. Kənarları əksərən dişli və ya tam, üzəri çılpaqdır. Çiçəkləri süpürgələrlə toplanaraq açıq bənövşəyi rəngdə olub, ətirlidir. Kasayarpaqları üçbucaq, yumurtavarı, aşağıda bitişikdir. Ləçəkləri 5, sərbəst, neştər formalı, 10 mm-ə qədər uzunluqdadır. Erkək çiçəkləri altdan bitişik olub, 8–9 mm uzunluqdadır. Ucdan sapşəkilli dilimə malikdir. Sütuncuğu 5 mm uzunluqdadır. Meyvəsi ətli çəyirdək, 15 mm diametrə malikdir.
May-iyun aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir və bütün qışı ağacda qalır.
Bakı şəhərin, Abşeron yarımadası və bir çox yaşayış məntəqələrinin yaşıllıqlarında geniş istifadə edilir. Azərbaycanda bir neçə forması vardır: f. umbraculifera (Rnox) Rehd. (var. umbraculiformis Beckm.) enli, çox sıx, yarımşarşəkilli çətirə malikdir. Bu forma Azərbaycanda Kür-Araz düzənliyində və Abşeronda geniş yayılmışdır. f. floribunda Morr. (M. floribunda Cors.) tez açan, çoxçiçəkli formaya mədəni halda yaşıllaşdırmada təsadüf olunur.
Oduncağın bərkliyi və açıq qırmızı rənginə görə qiymətlidir, dülgər işlərində və musiqi alətləri düzəltmək üçün istifadə olunur. Meyvələrində 60%-ə qədər yağ vardır. Sabun və şam hazırlamaq üçün bu rəngdən istifadə olunur. Zəhərlidir. Ağacın bütün hissələrindən təbabətdə istifadə olunur. Balverən bitkidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov