Azerdict

Azerdict — Azərbaycanın ən böyük pulsuz dil portalıdır. Azərbaycan dilinin və xarici dillərin tam mənimsənilərək düzgün istifadə edilə bilinməsi üçün çoxdilli elektron lüğətlərin və digər resursların hazırlanaraq istifadəyə verilməsi azerdict layihəsinin əsas məqsədidir.

azerdict
Loqo
URL azerdict.com
Tipi Lüğət
Dilləri İkidillidir (Azərbaycan və İngilis dili)
Açılma tarixi 1 fevral 2010[1]

Azerdict saytı 3 Boğaziçi Universiteti məzunu tərəfindən 1 fevral 2010-cu ildə qurulmuşdur. Fəaliyyətə başladıqdan qısa bir müddət sonra Azərbaycanın digər onlayn lüğət saytı Tercumet.com azerdict-lə birləşib[2]. Hazırda layihənin inkişaf etdirilməsində və genişləndirilməsində on nəfərə yaxın şəxs iştirak edir. 2013-cü ilin əvvəllərindən azerdict.az domeyni də alınaraq əsas domeyne yönləndirilib.

Saytın Bölmələri

[redaktə | mənbəni redaktə et]

Saytda hal-hazırda 4 istiqamətdə lüğət xidməti göstərilir.

Azərbaycanca-ingiliscə və ingiliscə-azərbaycanca lüğət: Portalın əsas xidməti olan bu lüğət vasitəsilə istifadəçilər hər iki istiqamətdə 150000-dən çox söz, söz birləşməsi, idiom və cümlədən ibarət zəngin söz bazasından istifadə edə bilərlər. İngiliscə azərbaycanca və azərbaycanca İngiliscə tərcümədə çox geniş və unikal imkanlar təklif edən lüğətin bazası istifadəçilərin tələb və təklifləri, eləcə də lüğətdə axtarılıb tapılmayan sözlərin statistikası funksiyasından istifadə olunaraq davamlı və interaktiv olaraq yenilənir.

Azərbaycan dilinin izahlı lüğəti: Dörd cildlik Azərbaycan dilinin izahlı lüğəti əsasında hazırlanan lüğətin bazasında təxminən 45000 başlıqda Azərbaycan ədəbi dilinin lüğət tərkibi, dilimizə daxil olmuş yeni sözlər, dildə olan sözlərin bir çoxunda əmələ gəlmiş yeni mənalar və məna incəlikləri nümunələrlə əks olunub.

Azərbaycanca-rusca və rusca-azərbaycanca lüğət: Təqdim etdiyimiz lüğətdə rusca azərbaycanca 10000 və azərbaycanca rusca 40000 olmaq üzrə cəmi 50000-ə yaxın söz və söz birləşməsi mövcuddur.

Orfoqrafiya lüğəti: Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmiş orfoqrafiya lüğəti bazasında 80000-ə yaxın sözün düzgün yazılışı rəsmi mənbədə olduğu kimi göstərilmişdir və heç bir dəyişiklik edilməmişdir.

Saytla bağlı yeniliklər, eləcə də Azərbaycan dili və tərcümə haqqında yazılar saytın Bloq bölməsində verilir.

  • Azerdict saytı elektron xidməti kateqoriyasında Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net 2010 – Milli İnternet Mükafatının qalibi olub.[3]
  • Məşhur azərbaycandilli İT bloqu WebOxu-nun istifadəçiləri arasında keçirilən sorğuda 2010-da açılmış saytlar arasında ən çox bəyənilən sayt olub.[4]

Məhsul və Xidmətləri

[redaktə | mənbəni redaktə et]
  1. "AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.
  2. "Tercumet.com, azerdict.com-a birləşdi". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.
  3. "Milli Net 2010-nun QALİBLƏRİ". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-02.
  4. "Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.