Azizmo Asadullayeva

Azizmo Asadullayeva (tac. Азизмоҳ Раҳмонова) — Tacikistan Respublikasının birinci xanımı.[1]

Əzizə Əsədullayeva
tac. Азизмоҳ Раҳмонова
100px
100px
Digər adı Əzizəbanu/Əzizmo
Doğum yeri Tacikistan SSR
Həyat yoldaşı Emoməli Rəhmon
Uşağı 9
Atası Əsədulla
Milliyyəti Qarluq
Fəaliyyəti Birinci xanım
Həyat yoldaşı Emoməli Rəhmon

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon ilə evli olan Azizmo Asadullayeva 1994-cü ilin noyabrından Tacikistanın birinci xanımıdır. Onların bu nikahdan 9 övladı var. Onlardan ikisi oğlan – Rüstəm və Somon, yeddisi isə qızdır – Azadə, Firuzə, Rövşanə, Təhminə, Pərvinə, Zərrinə və Farzanə.[1]

Övladları barədə

[redaktə | mənbəni redaktə et]

Əzizə Əsədullayevanın böyük qızı Firuzə Tacikistan Dəmir Yollarının rəisi Amanulla Höküumovun oğlu ilə ailə qurub. Rəsmi məlumatlara görə, onun paytaxt Düşənbədə butiklər şəbəkəsi fəaliyyət göstərir və heç bir vəzifədə çalışmır.[1]

Ailənin ikinci qızı Azadə xarici işlər nazirinin müavini vəzifəsində idi lakin hal-hazırda Takikistan Prezident Administrasiyasının sədridir. Azadə xanım Tacikistanın maliyyə nazirinin müavini Cəmaləddin Nurəliyevlə ailə qurub və 5 övladı var[1]

Üçüncü övladı və böyük oğlu Rüstəm Rəhman 1987-ci ildə dünyaya gəlmişdir. Tacikistan Dövlət Universitetinin Beynəlxalq iqdisadi əlaqələr fakültəsini bitirmişdir. hazırda Tacikistan parlamentinin deputatı olan Rüstəm Rəhman həm dəTacikistan Futbol Federasiyasının rəhbəri, eyni zamanda Qaçaqmalçılıqla mübarizə və gömrük qaydalarının pozulmasına qarşı xidmət idarəsinin rəisidir. Onun daha iki vəzifəsi var. Belə ki, o, Tacikistanın Gənclər üzrə İş, İdman və Turizm Komitəsinin sədri, Tacikistan Gəncləri Birliyinin sədr müavini vəzifələrində də çalışır.[1] 2010-cu ildə ölkənin məşhur biznesmenlərindən birinin böyük qızı Fatiməbanu ilə ailə qurmuş və evlilikdən bir qızı var (şəkildə)

Dördüncü övladı Pərvinə isə Tacikistan Dövlət Tibb Universitetində təhsil almışdır.[1] Həyat yoldaşı Əşrəf Qulov Tacikistanın Rusiyadakı səfiridir. Pərvinə Qulova Tacikistan Səhiyyə Nazirliyinin tibb işçilərinə aid olan Sertifikasiya və Lisenziya şöbəsinə sədrlik edir

Heç bir rəsmi və ictimai vəzifə tutmayan beşinci övladı Təhminə Rəhmanın çox aktiv biznes karyerası var. O, ölkənin ən böyük biznes şəbəkəsinə nəzarət edir.[1] Deyilənlərə görə, onun nəznində ölkənin sənaye fabrikləri, tekstil şirkətləri, mətbuat orqanları və qaz sənayesi cəmləşmişdir. Tacikistanlı mühacirlərin dediklərinə görə, Təhminə qanunsuz yollarla ölkədəki sahibkarların əmlakını mənimsəyir və narkobizneslə məşğuldur. Hazırkı yoldaşı ata tərəfdən qohumu Zərifbəy Dövlətovdur və bir qızı var

Altıncı uşaq Böyük Britaniyada təhsil almış – Zərrinə isə Tacikistanının birinci telekanalının diktorudur. O, həmin kanalda ingilis dilində gündəlik xəbərlər buraxılışının aparıcısıdır. Zərinə prezidentin qızları arasında özünə ictimai peşə seçən yeganə övladdır və ailə həyatı qurmayıb[1] Həyat yoldaşı Yarməmməd Xolovdur

Yeddinci övlad Ruxşanə barədə informasiya isə yox səviyyəsindədir. O, 2015-ci ildə valideynləri, bacıları Firuzə və Azadə ilə Həcc ziyarətində olan zaman lentə alınıb

Ailənin ən kiçik qızı Fərzanə isə Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş rus dili olimpiadasının mükafatçısı olub, rus və ingilis dillərini bilir. Ailəli deyil. Somon və Fərzanə hər ikisi Tacikistan Prezident Liseyində təhsil alırlar.[1]

Doqquzuncu, prezident ailəsinin sonbeşik övladı öz uğurları ilə seçilir. 1998-ci il təvəllüdlü Somon (Qurbanəli) Rəhman Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq olimpiadada qızıl medal qazanıb.

Fotoda Əzizə xanım, yoldaşı, üstdə soldan sağa - Təxminə, Rövşanə, Pərvinə, Fərzanə, Rüstəm qızıyla, Firuzə, Azadə və gəlini Fatiməbanu və nəvələri (21 mart 2011-ci il)

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Çox nadir hallarda publika qarşısına çıxaraq, ərinə hansısa rəsmi bir tədbirdə yoldaşlıq edir.[1] 2014-cü ildə həyat yoldaşı ilə birlikdə Sinqapurİndoneziyaya rəsmi səfərlər etmiş, 2016-cı ildə yoldaşı, 3 qızı ilə Məkkə ziyarətində olması ictimaiyyətə məlumdur. Həmçinin, prezident sarayında əlillər üçün təşkil edilmiş ziyafətdə və 2015-ci ilin sentyabrında Çin Xalq Respublikası birinci katibinin qarşılanma mərasimində iştirak etmişdir. Eləcə də, sosial şəbəkələrdə yayılmış fotolarda xanımı ailəsiylə birlikdə görmək olar. Mediayla ünsiyyəti qətiyən olmayıb

  1. 1 2 3 4 5 6 7 8 9 10 Günəş Fərhadlı. Qəhrəman ana - Tacikistanın birinci ledisi - FOTOLAR Arxivləşdirilib 2022-02-16 at the Wayback Machine. modern.az, 25.02.2013  (az.)