Azzilər[1] və ya atsilər[2] — e.ə. XIV–XIII əsrlərdə het kitabələrində adı çəkilən ölkə-tayfa birliyi, sonralar Hayasanın əsas vilayətinin adı. Çorox və Fərat çaylarının yuxarı axarlarında və sonuncunun orta axarında yayılmışdır. Hayasa ilə birlikdə Hayasa-Azzi qəbilə birliyini yaratmışdır. Bəziləri bunu Hayasa sözünün sinonimi hesab edirlər.[3]
II Mursilinin hakimiyyətinə qədər bir müddət het mənbələrində Hayasa-Azzinin adı çəkilməmişdir. Hetlər ilə kasklar arasında müharibə zamanı haylar yenidən het ərazisindən qaçqınlar saxlamağa başlamışdılar. Azzi sərkərdəsi Mariam oğlu Anian het vilayətlərindən birinə hücum edərək oradan mal-qara və əsirlərin bir qismini oğurlamışdı.[4]