Böcəklər

Böcəklərsərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi. Qidalanma xüsusiyyətlərinə görə Böcəklər bitki yeyənlər (fitofaqlar), çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür.

Böcəklər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təqribən 140 fəsiləyə mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü məlumdur. [1]

Sərtqanadlılar dəstəsinin nümayəndələrində ön qanadlar möhkəm, sərt xitinləşmiş təbəqədən ibarət olub, qanadüstlüyünə cevrilmişdir. Qanadüstlüyü sakit halda pərdəşikilli dal qanadları və qarın hissəni örtür.

Ön qanadların əksinə olaraq, dal qanadlar damarlıdır, qatlanaraq qanadüstlüyünün altında yerləşir və uçuşda əsas rol oynayır. Qanadları tam inkişaf etməmiş və ya tamamilə olmayan formaları da vardır. Əksəriyyətində bığcıqlar 11–12 buğumludur, ayrı-ayrı növlərdə isə 2-dən 40-a qədər olur. Böcəklərin bığcıqları sapşəkilli, qılşəkilli, təsbehşəkilli, mişarşəkilli, daraqşəkilli, dirsəkşəkilli, dirsəkli-sancaqşəkilli, lövhəşəkilli və.s formalarda olur. Mağaralarda və qaranlıq yerlərdə yaşayanlardan başqa hamısında fasetli gözlər vardır. Ağız orqanları gəmirici tipdədir, bərk qida ilə qidalanmağa uyğunlaşmışdır. Qidanın xırdalanmasında mandibula adlanan üst çənələr əsas rol oynayır.

Böcəklərin növlərinin əksəriyyətində ayaqlar yüyürücü və yeriyici tipdədir. Bununla yanaşı, torpaqda yaşayan formalarda qazıcı, suda yaşayanlarda üzücü, bəzilərində isə tullandırıcı tipdədir. Pəncələri 3–5 buğumludur. Qarin hissədə bugumların 10-a qədərdir.

Çevrilmələri tam, bəzən də mürəkkəb hipermetamorfoz tipdədir. Pupları çox sərbəstdir. Sürfələri müxtəlifdir və inkişaf etdikdən sonra puplaşaraq yetkinn mərhələy keçirlər.

Böcəklərin əksəriyyəti ildə bir, az bir qismi 2–3 nəsil verir. Bəzi növləri xüsusilə, inkişafı torpaqla ağac çürüntüsü ilə bağlı olan növlər tədricən inkişaf edirlər və 2–5 ildə bir nəsil verirlər. Əksəriyyəti imaqo, həmçinin pup, bəziləri də sürfə mərhələsində qışlayır. Yetkin mərhələdə qışlayanların yaz fəslində əlavəə qidalanmaya ehtiyacı olur. Odur ki, bu vaxt onların bəziləri bitkilərə böyük zərər verə bilərlər.

Böcəklər həyat tərzinə görə və qidalanmalırana görə çox müxtəlifdir. Onlar quru su mühitində yaşamağa uyğunlaşmışdır. Böcəklərin yırtıcı, fitofaq, saprofaq, nekrofaq və s. formaları vardır. Onların bir çox növləri kənd təsərrüfatı və meşə bitkilərinə, qida ehtiyatına, mebelə, kitablara, kolleksiya materiallarına və s. zərər verir. Bir qisim növləri (parabüzən və karabid böcəklərinin bəzi növləri) yırtıcı həyat tərzi keçirir və bitki zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə olunurlar.

Böcəklərin bədən ölçüsü müxtəlif olub,(0.3–155mm) Yer kürəsində geniş yayılmışdır. Növlərinin müxtəlifliyinə, çoxluğuna görə, böcəklər diqqəti cəlb edir.

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]