Tayciutlar

Tayciutlar — monqol tayfası.

Çox qəribədir ki, Yesugey bahadır oğluna həmin ərəfədə məğlub etdiyi tatar tayfasının başçısı Temuçin-Ugenin adını qoyub. Onun atası, o dövrdə monqolları vahid bir dövlətdə birləşdirməyə nail olan Yesugey Batur anadan olan oğluna monqollar arasında qəhrəmanlıq anlamına gələn Temuçin (Dəmirçi) adını verdi və oğlunun dəmir kimi möhkəm olmasını arzuladı. Həmin dövrdə Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey Baturun atası Ambaqay xanı əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Ambaqay xanı qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Ambaqay xanın qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey Baturu zəhərlədilər. Yesugey Baturun ölümündən sonra onun qurduğu dövlət dağıldı. Həmin dövrdəTemuçinin cəmi 8 yaşı vardı. Anası ilə səhrada təkbaşına yaşayan Temuçindən tatarlar və onların müttəfiqi olan tayciutlar əl çəkmək niyyətində deyildilər. Günlərin birində tayciutlar səhrada yaşayan Temuçini və anasını əsir götürdülər. Tayciutlar Temuçinin anası ilə olduqca ağır rəftar etdilər və o, anasının və özünün bu dərəcədə alçaldıldığını ömrünün sonuna kimi unutmadı. Dəfələrlə təhqirlərə məruz qalan Temuçin anlayırdı ki, günlərin birində onu ağır və dəhşətli bir ölüm gözləyir. Çünki tayciutların Temuçin və anasının nazı ilə uzun müddət oynamayacaqları aydın idi. Ona görə də şərəfli ölümü hər şeydən üstün tutmağı qərara alan Temuçin onu addım-addım izləyən mühafizəçisini güclü zərbə ilə yerə yıxdı və onun atına minərək səhraya üz qoydu. Dərhal yüzə yaxın atlı Temuçini təqib etməyə başladı. O vaxt ələ keçirilsəydi Temuçini tayciutlar tikə-tikə edəcəkdilər. Ancaq tale Temuçinin üzünə güldü və o, səhrada gizlənə bildi. Əsirlikdən qaçan Temuçin o dövrdə Kerait türklərindən olan Toğrul xanın himayəsinə sığındı. Qazax mənbələrində Temuçinin qıpçaq türkü olduğu göstərilir. Mənbələrdə Temuçinin anasının Yesugey Baturun yaxınlarından Kerait türklərindən biri ilə eşq macərası yaşadığı və bundan da Çingiz xanın dünyaya gəldiyi qeyd edilir. Temuçinin monqollar kimi deyil, mavigözlü, sarışınsaçlı olması da müəyyən qədər bu deyilənləri təsdiqləyir. Məhz keraitlərin Temuçinə öz adamları kimi baxmalarının nəticəsidir ki, Toğrul xan onu himayəsinə götürdü. O vaxt səhradakı bir çox tayfaları özünə tabe edən Toğrul xan Temuçinə atasından qalan mirası qaytardı və onu yenidən monqolların üzərinə hakim qoydu. Temuçin isə intiqam hissi ilə alışıb yanırdı.

Temuçin dərhal ona tabe olan kiçik bir qüvvə ilə atasının düşmənlərindən olan merkitlərin üzərinə yeridi və onları ağır məğlubiyyətə uğratdı. Bundan sonra özünü daha inamlı hiss edən Temuçin tayciutların üzərinə qoşun yeritdi. Monqollar azsaylı, düşmənlər isə kifayət qədər çoxsaylı və güclü idilər. Temuçinin silahdaşları əvvəlcə onu bu yürüşdən çəkindirmək istədilər. Amma Temuçin: "Mən mavi səmaların oğluyam və sizlərdən fərqli olaraq sarışın saçlı və göygözlüyəm. Səmalar məni müdafiə edəcək və bizə zəfər gətirəcək. Kim zəfər qazanmaq istəyirsə, ardımca gəlsin. Məğlub olmaqdan və ölməkdən qorxanlar isə məni tərk etsinlər"-dedi. Onun bu sözləri ətrafındakılara o qədər təsir etdi ki, onlar bir ağızdan Temuçinlə ölümə getməyə hazır olduqlarını bildirdilər. Döyüşdə tayciutlar sayca çox olsalar da məğlubiyyətə uğradılar. Bundan sonra Temuçin tatarların üzərinə yeridi. Tatarlarla döyüş olduqca qızğın keçdi və Temuçin, çətinliklə də olsa, onları məğlub edə bildi.

Əsli və nəsli

[redaktə | mənbəni redaktə et]
  • Bodonçar munxaq noyon
    • Barin Şexerqetu Xabiçu bahadur
      • Bexir bahadur
        • Maxa tudun
          • Xaçi külüg
            • Xaydu noyon
              • Çirakay Linqxua
                • Sengüm bilgə
                  • İsiley xaqan

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]