Böyük Şərq (ideologiya)

Böyük Şərq (türk. Büyük Doğu ) — Türkiyədən Nəcib Fazil Qısakürək tərəfindən irəli sürülən islamçı ideologiya.[1]

Nəcib Fazil əsərlərində Böyük Şərq ideologiyasının konturunu "islam anlayışının yenilənməsi" əsas tezisi ətrafında izah etmişdir. O, siyasi, mədəni, əxlaqi və fikri mülahizələrdən istifadə edərək "ideal islam dövləti"ni irəli sürmüşdür. "İdeal İslam dövləti" bu gün "Böyük Alilik dövləti" kimi tanınan İBDA-C konsepsiyası ilə təmsil olunur.[2]

İslamı əsas istinadlarının mərkəzinə qoyan Böyük Şərq ideologiyası Türkiyə Respublikasının birpartiyalılıq dövründə yetişən islamçı aydınların istifadə etdiyi modernist bir ideologiyaya çevrilmişdir. Nəcib Fazildən sonra Böyük Şərq ideologiyasını İBDA-C qurucusu və kürdəsilli məhkum edilmiş terrorçu Saleh Mirzəbəyoğlu daşımışdır. İBDA-C Türkiyəni devirmək və "Böyük Alilik dövləti"ni yaratmaq məqsədini daşıyır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Büyük Doğu". www.biyografi.info. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2021.
  2. Kısakürek, Necip Fazıl. İdeolocya Örgüsü, 21. Baskı. İstanbul: Büyük Doğu Yayınları, 2015.
  3. Toker, Mehmet Şevki. “Bir Batı Dışı Modernlik Yaklaşımı Olarak Büyük Doğu İdeolojisi”. Ekonomi Politika & Finans Araştırmaları Dergisi, 2019, 4 (1): 50-68