Böyük Avstraliya körfəzi

Böyük Avstraliya körfəzi — Nəhəng, açıq hövzəyə malik, Hind okeanına aid körfəz. Avstraliyanın mərkəz və qərb hissələrinin cənubunda yerləşir. Körfəzin sahəsi Avstraliyanın Qərb burnundan Tasmaniya adasındakı cənub-qərb burnuna qədər uzanır. Sahil xəttinin uzunluğu 1160 km, sahəsi isə 1335 min km² təşkil edir. Ən böyük dərinliyi 5670 metrdir. Əsas limanı Adelaidadır. Körfəzin sahilləri əsasən Qərbi AvstraliyaCənubi Avstraliya ştatları ərazisinə daxildir.

Böyük Avstraliya körfəzi
ing. Great Australian Bight
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 5670 m
Tökülən çaylar Torrens, Murrey
Duzluluğu 35,5 
Şəffaflığı 10-40 m
Yerləşməsi
30°00′ c. e. 130°00′ ş. u.HGYO
Ölkə  Avstraliya
Akvatoriyası
Böyük Avstraliya körfəzi xəritədə
Böyük Avstraliya körfəzi
Böyük Avstraliya körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Böyük Avstraliya körfəzi

Sahil xətti əsasən qayalıqdır və hündürlük 60 metrə çatır. Bəzi hissələrdə qum çimərlikləri və terraslı qayalıqlara rast gəlinir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Körfəzin ərazisinin böyüklüyünə və dərinliyinin çoxluğuna baxmayaraq flora və fauna baxımından çox kasıb heab edilir. Səbəb isə körfəzə az miqdarda çayın axmasıdır. Bununla belə sularında Köpəkbalığı üstünlük təşkil edir, əsasən sahil zolağında daha çox yayılmışdır. Əsl balinalar əsasən körfəzin daxilində köç edir.

Körfəzin akvatoriyası ilk dəfə avropalı səyyalar XVII əsrdə görünür. 1627-ci ildə isə Holland səyyahı Tissen körfəzin qərb sahillərinə qədər üzür. 1802-ci ildə isə ingilis araşdırmaçı kapitan Metyu Flinderson katerik ətrafına dalanaraq körfəzin ərazisini xəritəyə salmışdır.