Böyük Aziş mağarası

Böyük Aziş mağarası[1]- Krasnodar diyarının Apşeron rayonunda, Mezmaysk kəndi yaxınlığında yerləşən mağara. Mağara Adıgey Respublikası sərhəddində, Beloy və Kurdjips çayları arasında yerləşir. Mağaraya giriş yayla formalı ərazisindəndir. Giriş Maykop-Laqo-Naki avtomobil yolundan 500 metr aralıdır. Mağara Kiçik Aziş mağarası ilə birlikdə Aziş mağaralar sistemini təşkil edir. İki mağara arasında 50 metrilik məsafə var. İki mağara arasına əlaqənin olması ehtimal olunur. Çətinlik dərəcəsinə görə 2А -dır.

Böyük Aziş
rus. Большая Азишская пещера
Ümumi məlumatlar
Uzunluğu 690 m
Həcmi 11 900 m³
Kəşf tarixi 1911
Ziyarətçilər üçün əlçatılan 220
Yerləşməsi
44°07′18″ şm. e. 40°01′42″ ş. u.HGYO
Ölkə  Rusiya
Böyük Aziş xəritədə
Böyük Aziş
Böyük Aziş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Mağara 1911-ci ildə məlum idi. 1987-ci ildən sonra isə mağaraya ekskursiyaların təşkili həyata keçirilməyə başladı. Böyük Aziş mağarasının ümumi uzunluğu 640 metrdir. Mağaranın ümumi həcmi təxminən 11 900 м³-dir. Mağaranın dərinliyi 37 metrdir. Bunun ancaq 220 metrlik hissəsi ziyarətçilər üçün əlçatandır. Mağara bir neçə fərqli mərtəbələrdən ibarət qalereyalardan və zallardan ibarətdir. Zalların adları simvolik xarakter daşıyır: Baba Yaqa, Budda heykəli, Apastol, Raket, Pəhlavan, Altar və s. Gözəlliyinə və böyüklüyünə görə mağara çox diqqəti cəlb edir. Mağara piyada gəzmək üçün xüsusi yollarla, pilləkənlərlə və qoruyucu sədlərlə təmin olunub. Təhlükəsizlik və rahatlıq yüksək səviyyədədir. Elektrik enerjisi ilə təmin olunub.

Mağara Aziş-Tau dağının cənub yamacında, fıstıqağ şam meşəliyi ərazisində yerləşir. Mağaranı əhatə edən əhəng daş tərkibli süxurları yura dövrünə aiddir. Süxurları yatım meyilliyi 5 dərəcə olub şimali-qərbə yönəlib. Mağaranın ən aşağı mərtəbəsində kiçik çay var. Çay kiçik şəlalələrlə axaraq dar yarıqda itir. Mağara daxilində çoxlu stalaqmit və stalakktik sütünları var. Stallaktiklər bəzə yerlərdə uzun bir zəncir əmələ gətirir.

1987-ci ildə mağara daxilində daha irəliyə getmək cəhtləri həyata keçirildi. Çay və şələlərdən daha aşağıya düşmək cəhtləri sonda uğursuzluqla nəticələndi.

Böyük Aziş mağarası 1973-cü ildən təbiət abidəsi elan olunub.[2][3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Большая Азишская пещера Arxivləşdirilib 2017-08-03 at the Wayback Machine // Большая российская энциклопедия. Электронная версия (2016); дата обращения: 27.7.2017.
  2. Перечень классифицированных пещер. — Москва: Центральный совет по туризму и экскурсиям, 1989.
  3. Кадастр пещер СССР. — ВИНИТИ, 1986.