Apşeron rayonu

Apşeron rayonu (rus. Апшеронский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Apşeronsk şəhəridir.

Apşeron rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

44°27′03″ şm. e. 39°44′33″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Abşeronsk[1]
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 2.443,2 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 97.294 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86152
Rəsmi sayt
Apşeron rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apşeron rayonu Krasnodar diyarının cənub hissəsində yerləşir və qərbdə Tuapse rayonu, şimalda Beloreçenski rayonu, şərqdə Adıgey Respublikası, şimal-qərbdə Qoryaçı Klyuç şəhər dairəsi və cənubda Soçi şəhər dairəsi ilə həmsərhəddir.

Rayonun sahəsi 2443.2 km²-dir. Rayonun ərazisi Böyük Qafqazın qərb kənarındakı orta hündürlükdə dağlar zonasına daxil edilmişdir. Alçaq dağlıq zonada mütləq hündürlük 100–500 m-dir. Apşeron rayonu cənub və cənub-şərqində nisbətən kiçik bir hissəsini yüksək relyef formaları olan yüksək dağlar (1000–1500 m) tutur.

2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Maykop dairəsinin tərkibində mərkəzi Apşeronskaya kəndi olan Apşeronsko-Xadıjenski rayonu qurulur. Buraya Kuban-Qara dəniz diyarının Maykop bölməsinin ləğv edilmiş Apşeron, Xadıjen və Quriyan volostlarının əraziləri daxil edilmişdir. Əvvəlcə rayona 18 kənd sovetliyi daxil idi: Abxazian, Apşeron, Qoytx, Qünayski, Elisavetpolski, İmeretinski, Kabardinski, Kosyakinski, Kubanski, Kuban 1, Lineynoqo, Maynfteprom, Neftnyoqo, Samurski, Tverskoy, Xadıjenski və Şirvanskoqo.

16 noyabr 1924-cü ildə rayon Şimali Qafqaz diyarının tərkibinə daxil olur.

1925-ci ilin əvvəlində Apşeronsko-Xadıjenski rayonu mərkəzi ilə Xadıjenskaya kəndi olan Xadızenski rayonu adlandırılır.

10 mart 1925-ci ildə Xadıjenski rayonu ərazisinin bir hissəsindən mərkəzi Elisavetpolsk kəndi olan Armyanski rayonu ayrılır.

31 dekabr 1925-ci ildə rayon mərkəzi Tverskaya kəndinə köçürülür və rayon Tverskaya adlandırılır.

28 fevral 1928-ci ildə rayon mərkəzi yenidən Apşeronskaya kəndinə köçürüldü və ərazi indiki adını aldı.

22 avqust 1953-cü ildə ləğv edilmiş Armyanski rayonunun 4 kənd sovetliyi Apşeron rayonunun tərkibinə daxil olur: Kuban-Armyanski, Rezetski, Tubinski, Çerniqov.

25 dekabr 1956-cı ildə Nefteqorsk rayonu ləğv edilir və ərazisi Apşeron bölgəsinə daxil olur.

1 fevral 1963-cü ildə Apşeron rayonunun bütün kənd sovetlikləri Beloreçenski rayonuna verilır, Apşeron və Qoryaçe-Klyuçevski rayonu şəhər və kənd sovetləri arasından Apşeron sənaye bölgəsi qurulur[3].

12 yanvar 1965-ci ildə Apşeron sənaye bölgəsi ləğv edilir və keçmiş Qoryaçe-Klyuçevski rayonlarının əraziləri də bərpa edilmiş Apşeron rayonuna daxil edilir.

21 fevral 1975-ci ildə Goryaçı Klyuç diyar tabeli şəhərlər kateqoriyasına daxil edilir. Apşeron rayonu ərazisinin bir hissəsi Goryaçi Klyuçevski şəhər dairəsinin tabeliyinə verilir.

Rayonun adı Azərbaycanın şərqindəki eyniadlı rayonun yerləşdiyi Bakı yaxınlığında yerləşən yarımadanın adından gəlir. "Apşeron" sözünün özü farsca "ab" (su) və "şoran" (duzlu), "duzlu su" sözlərindən gəlir. Etimologiyanın bu versiyası yarımadanın ərazisində duz göllərinin çox olması ilə təsdiqlənir.

Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0–14 yaş 8 318 8 051 16 369 16,55 %
15–59 yaş 31 663 30 039 61 702 62,40 %
60 yaşdan yuxarı 7 709 13 111 20 820 21,05 %
ümumi 47 690 51 201 98 891 100,0 %

Kişilər — 47 690 nəf. (48,2 %). Qadınlar — 51 201 nəf. (51,8 %).

Əhalinin orta yaşı — 39,8 yaş. Kişilərin orta yaşı — 37,2 yaş. Qadınların orta yaşı — 42,2 yaş.


İnzibati-ərazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Şerbinovski rayonunda 3 şəhər və 10 inzibati vahidliyinə 52 yaşayış məntəqəsi daxildir.

Rayon sənayesi iqtisadi quruluşların dörddə birini təşkil edən maşınqayırma, metal emalı, ağac kəsmə, ağac emalı, qida emalı və s. ilə məşğul olan 260 müəssisə ilə təmsil olunur. Əsas məhsul növləri bunlardır: neft sənayesi avadanlıqları, kənd təsərrüfatı maşınları və avadanlıqları, qəliblənmiş ağac məhsulları, tikinti materialları, qida — çörək və şirniyyat məhsulları, makaron, un, pivə, şərab, sərinləşdirici içkilər, süd məhsulları. Sənaye müəssisələrinin ümumi sayından 69% -i ağac sənayesi müəssisələri və sahibkarlardır.

Rayonun ərazisində 9 490 hektar kənd təsərrüfatı sahəsi vardır ki, bunun da əkin sahəsi 5 795 hektar. Kəndli təsərrüfatlarının torpaqları 437 hektardır. Əsas ərazi 19 848 hektar meşə fonduna aiddir.

  1. 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
  2. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  3. "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
  4. "Том 2. Возрастно-половой состав населения и состояние в браке" (PDF).[ölü keçid]