Böyük Moğol (film, 1960)

«Böyük Moğol» (hind. मुग़ल-ए आज़म, Mughal-e-Azam, urdu مغلِ اعظم, ing. The Greatest of the Mughals) — 1960-cı ildə rejissor K. Asif tərəfindən çəkilən hind filmi.

Böyük Moğollar imperiyasının hökmdarı Əkbərin və Codxa xanımın çoxdan gözləninilən vəliəhdi Səlim doğulur. Ərsəyə çatan şahzadə Anarkali adlı rəqqasəyə vurulur. Hətta evlənmək istəyir. Həngamə başlayır. Atası böyük Əmir Teymurun nəvəsi, Hindistanın dayağı bu izdivaca qarşı çıxır. Rəqqasəni zindan küncünə atdırır.

Şahzadə atasına qarşı üsyan qaldırır. Döyüşdə məğlub olsa da, istəklisini zindandan çıxara bilir. Atası onu edama məhkum edir. Anarkali Səlimi xilas etmək üçün saraya dönür. Əkbər onun son arzusunu yerinə yetirir. Hər ikisi son gecəni birlikdə keçirir. Səhər şahzadəyə bihuşdarı verirlər. Anarkali divarı oyub çıxır. Əkbər ondan imperiyanı tərk etmək sözü alıb azad edir...

Aktyor Rol
Prithvirac Kapur Əkbər
Madxubala Anarkali
Dilil Kumar Səlim
Durqe Kxote Codxa
Nigar Sultana Bahar
Acit Curcan Sinqx
Murad Raca Man Sinqx

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • «Великий Могол» Bollywood Hungama saytında.
  • Mughal-e-Azam 50th Anniversary Website Arxivləşdirilib 2015-06-21 at the Wayback Machine
  • "Mughal-e-Azam" (hind). Bhopal Post. İstifadə tarixi: 2012-01-17.