Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları - Bu landşaft kompleksi Böyük-Qafqazın Cənub-Şərq yamacında 500–550 m-dən 800–900 m yüksəkliyə kimi bir-birindən izolə olunmuş çay dərələri yamaclarında yayılmışdır. Bu ərazilərin relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən meyilli terraslanmış yamaclardan ibarətdir. Dağ yamacları qalın delüvial çöküntülərlə örtülmüşdür. Alçaqdağlığın bitki örtüyü iqlim şəraitinə uyğun olaraq quraqlıq sevən bitkilərdən ibarətdir.
Alçaqdağlığın meşə landşaftı insanların təsərrüfat fəaliyyəti nəticəsində kəskin pozulmuşdur. Qırılmış meşə sahələrinin yerində ya əkin sahələri ya da yaşayış məntəqələri salınmışdır.
Alçaqdağ meşə landşaftının iqlim şəraiti bir sıra amillərdən, xüsusilə düzənlik sahələrdə həmsərhədlilik, yamacların səmtliyindən və s. asılı olaraq formalaşmışdır. Alçaqdağlığın meşə landşaft qurşağında radiasiya balansı 50 kkal/sm2 il, yağıntıların ortaillik miqdarı 400–500 mm, 100-dən artıq aktiv temperatur cəmi 35000 təşkil edir. Ərazinin cənub-qərb yamacında cənub-şərq yamacına doğru rütubətlənmə dərəcəsi dəyişir, iqlimin kontinentallığı (Şamaxıda) göstəricisi orta illik 58%, ilin isti dövrü 37% təşkil edir. Bunun nəticəsi olaraq meşələr kserofit kolluqlarla əvəz olunur.
Böyük Qafqazın Cənub-Şərq yamacında mütləq yüksəkliyin alçalması ilə əlaqədar landşaftların aridləşməsi prosesi gedir. Alçaqdağlığın nisbətən quraq iqlimli qurşağına seyrək palıd-vələs, palıd meşələri və əsasən palıd, vələs, zoğal, qarağac və s. kolluqlar xarakterikdir. Bu tip meşə, kolluq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları formalaşmışdır. Qəhvəyi dağ-meşə torpaqları bu qurşaqdan yuxarıda yerləşən qonur dağ-meşə torpaqlarında daha çox məhsuldardır. Bu torpaqlarda humusun miqdarı 2,5%-dən 7-8%-ə qədər dəyişir.və ərazinin əsasən Şamaxı rayonu 800 m yüksəkliyə qədər qalxır.
Alçaqdağ meşələri sistemsiz şəkildə qırılmış və kortəbii otarma nəticəsində meşəbərpa prosesi getmir. Bunun nəticəsində ərazidə su ehtiyatı tükənmiş, torpaqların eroziyası güclənmişdir. Buna görə də ərazidə sistemsiz meşəqırma, kortəbii otarmanın nizamlanmasına böyük ehtiyacı vardır.[1]