Böyük Qardaş

Böyük Qardaş (ing. Big Brother) — Corc Oruellin "1984" romanının personajı, Okeaniya dövlətinin və "İngsos" partiyasının lideri.

Böyük Qardaş
Big Brother
Yaradan Corc Oruell
Əsər "1984"
Uyğunlaşdırma İosif Stalin və ya Lord Kitçener
Məlumat
Cinsi kişi
Peşəsi rəhbər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oruellin təsvir etdiyi cəmiyyətdə bütün vətəndaşlar dövlətin daimi nəzarəti altındadırlar. Bu nəzarət əsasən teleekranlar vasitəsilə həyata keçirilir. İnsanlar daim "Böyük Qardaş sizi izləyir" ifadəsi ilə bu barədə xəbərdar edilirlər.

"Böyük Qardaş" termini vətəndaş azadlıqlarının məhdudlaşdırılması, əsasən isə kütləvi nəzarət məqsədilə dövlətin inzibati gücündən sui-istifadə edilməsini bildirməklə bir çox dillərin lüğətlərinə daxil olmuşdur.

Teleekranlarda Böyük Qardaş Okeaniyanın mütləq rəhbəri kimi ön plana çıxır. Lakin, Böyük Qardaşın həqiqətən mövcud olması, yaxud təbliğatın yaratdığı obraz olması naməlum qalır. Əsərin baş qəhrəmanı Vinston Smit partiyanın agenti O`Brayenə verdiyi "O da mənim mövcud olduğum şəkildə mövcuddurmu" sualına "Siz mövcud deyilsiniz. … Böyük Qardaş partiyanın təcəssümü kimi mövcuddur və ölümsüzdür." cavabını alır.