Böyük Yeddikar (3 fevral 1929, Təbriz – 18 dekabr 2013, Tehran[1]) — Azərbaycan əsilli İran futbolçusu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur.[2]
Böyük Ciddikar | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 3 fevral 1929 | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 18 dekabr 2013 (84 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İran | ||||||||||||||||||||||||||||||
Boyu | 189 | ||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sol | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir.
Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış və qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı.
1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu. Bundan sonra o, Taj SC (İstiqlal FK) klubunda çıxış etmişdir.
Böyükdən əvvəl iranlı futbolçulardan bəziləri xaricdə oynamışdı. Lakin onlar transfer edilməmiş, saədəcə xaricdə təhsil alarkən xarici futbol klublarında çıxış etmişdilər. Bunlara misal olaraq Hüseyn Sadağianini (Belçika, Türkiyə və Avstriya), Hüseynəli Xan Sərdarı (Belçika və İsveçrə), əhmədəli Xan Sərdar (Belçika), Xan Xanan (Belçika) və Məsud Borouməndi (ABŞ və Livan) misal göstrəmək olar.
Böyükun Avropada çıxışından sonra Pərviz Kuuzexanani, Həmid Şirzadegan və Məhəmməd Rza Ailxani kimi oyunçular da xaricə transfer edildilər.
21 yaşından etibarən milli komandada çıxış etməyə başlamışdır. İlk oyununu 1950-ci ildə Əfqanıstana qarşı keçirmişdir. Sonuncu oyunun isə 1965-ci ildə Türkiyəyə qarşı keçirmişdir.
Ümumilikdə 29 oyun keçirmiş və 2 dəfə fərqlənməyi bacarmışdır.