Böyük Zimbabve — Zimbabvenin cənub-şərq təpələrində yerləşən şəhər dağıntıları. Şəhər, son Dəmir dövründə ərazidə hakimiyyətdə olmuş Zimbabve Krallığının paytaxtı idi. Şəhərdə tikinti XI əsrdə başlamış və XV əsrdə tərk edilənə qədər davam etmişdir.[1][2] Tikililər Şonaların əcdadları tərəfindən tikilmişdir.[2] Daş şəhər, ən çoxu 18 min nəfərin yaşaya biləcəyi 7,22 kvadrat kilometr ərazini əhatə edir. Ərazi UNESCO tərəfindən Ümumdünya irsi olaraq tanınıb.
Böyük Zimbabve | |
---|---|
Great Zimbabwe | |
20°16′12″ c. e. 30°55′59″ ş. u.HGYO | |
Yer | Zimbabve |
Tip | Yaşayış məntəqəsi |
Hissəsi | Zimbabve Krallığı |
Ərazi | 7,22 kvadrat kilometr |
Tarix | |
Əsası qoyulub | XI əsr |
Tərk edilib | XV əsr |
Era | Son Dəmir dövrü |
Mədəniyyətlər | Zimbabve Krallığı |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Zimbabvenin yerli monarx üçün kral sarayı olaraq xidmət etdiyi güman edilir. Belə olduqda, bura siyasi hakimiyyətin iqamətgahı kimi istifadə olunmuş ola bilər. Binanın ən görkəmli xüsusiyyətləri arasında bəziləri beş metr hündürlüyündə olan divarlar var. Divarlar aralarında heç bir maddədən istifadə etməklə quru daşlardan tikilmişdir. Sonda şəhər tərk edildi və sadəcə dağıntıları qaldı.
Böyük Zimbabve xarabalıqları haqqında ən erkən yazılı qeyd, müasir Mozambik sahillərindəki Sofala Portuqaliya qarnizonunun kapitanı olan və şəhəri Symbaoe kimi qeyd edən Visente Piqadoya aiddir. Avropalıların əraziyə ilk təsdiq edilmiş ziyarətləri 19-cu əsrin sonlarında, ərazi üzərindəki araşdırmalar isə 1871-ci ildə başlamışdı.[3] Sonralar Rodeziya hökuməti tərəfindən arxeoloqlara yerli Afrika xalqının inşa edilməsini inkar etmək üçün siyasi təzyiq göstərilçəsi ilə abidənin tədqiqatları arxeoloji dünyada mübahisəli oldu.[4]
Böyük Zimbabve, Zimbabve hökuməti tərəfindən milli bir abidə olaraq qəbul edilmiş və müasir müstəqil dövlət bu adı daşımağa başlamışdır. Böyük sözü, ərazini indi "Zimbabve" adı ilə tanınan yüzlərlə kiçik dağıntıdan fərqləndirir.[5] Afrikanın cənubunda monumental və quru daşdan tikilmiş divarları olan 200 belə abidə daha var. Böyük Zimbabve bunların ən böyüyüdür.[6]
Zimbabve, ilk dəfə 1531-ci ildə Visente Piqado tərəfindən qeyd edilmiş dağıntıların Şona dilindəki adıdır. Piqado qeyd etmişdir:[7]
Ölkənin yerli sakinləri, bu tikililəri dillərində "məhkəmə" mənasını verən Symbaoe adlandırırlar. |
Adın etimologiyası üçün iki nəzəriyyə mövcuddur. Birincisi, sözün Şonanın Karanqa ləhcəsindəki "böyük daş evlər" (dzimba = imba-nın, "ev" cəm halı və mwe = bwe-nin "daş" cəm halı) kimi tərcümə olunan Dzimba-dza-mabwe sözlərindən götürüldüyünü təklif edir.[8] İkinci təklif isə, Zimbabvenin, Şonanın Zezuru ləhcəsindəki "ziyarətgahlı evlər" mənasını verən dzimba-hwe-nin ixtisarı olduğunu və bu ifadənin adətən başçıların evlərinə və ya qəbirlərinə tətbiq olunduğunu təklif edir.[9]
Alimlərin əksəriyyəti hesab edir ki, məntəqə Zimbabvedəki müasir Şonaların əcdadları olan Qokomer mədəniyyətinin üzvləri tərəfindən inşa edilmişdir.
Böyük Zimbabve ərazisisində eramızın IV əsrinə qədər məskunlaşılmışdır. Dördüncü-yeddinci əsrlər arasında Qokemer və ya Ziva mədəniyyətlərinin icmaları vadidə əkinçilik edir, dəmir çıxarırı və işləyir, lakin daş konstruksiyalar inşa etmirdilər.[6][9] Bura ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində müəyyən edilən dəmir dövrünə aid ən erkən yaşayış yerləridir.[10]
Daş tikililərin inşası XI əsrdə başlamış və 300 ildən çox davam etmişdir.[2] Böyük Zimbabvenin dağıntıları Cənubi Afrikada yerləşən ən qədim və ən böyük quruluşdur və Cənubi Afrikadakı Mapunqubve yaxınlığında ikinci ən qədimdir. Kompleksin adətən "Böyük əlavə" olaraq adlandırılan ən nəhəng tikilisinin 36 fut (11 m)-ə qədər hündürlükdəki divarları təxminən 820 fut (250 m) uzanır və bu da onu Böyük Səhranın cənubundakı ən böyük qədim tikili edir. Devid Biç, şəhərin və Zimbabve Krallığının 1200–1500-cü illər arasında çiçəkləndiyinə inanır.[1] Lakin, onun məhv edilməsi üçün bir qədər daha erkən tarix 1500-cü illərin əvvəllərində portuqal tarixçi Juan de Barruşaa ötürülən təsvirlə izah olunur.[11] Şəhərin inkişafı, Mapunqubvenin iqlim dəyişikliyi səbəbindən təxminən 1300-cü ildən başlayan enişi ilə əlaqələndirilir.[12] Bu həmçinin Böyük Zimbabvedə qızılın daha çox olması ilə də əlaqəli ola bilər.[13]
Ənənəvi hesablamalara görə, Böyük Zimbabvedə inkişafın zirvəsində 18000 nəfərə qədər əhali yaşayırdı.[14] Bununla birlikdə, daha bir son araşdırma, əhalinin ehtimal ki, heç 10000 nəfəri keçmədiyi qənaətinə gəldi.[15] Bu günə qədər gəlib çatmış dağıntılar tamamilə daşdan tikilib və 730 hektar ərazini əhatə edir.
1531-ci ildə Sofala Portuqaliya Qarnizonunun kapitanı Visente Piqado Zimbabveni belə təsvir etmişdir:[7]
Limpopo və Zambezi çayları arasındakı daxili düzənlikdə qızıl mədənləri arasında ecazkar ölçüdə daşlardan tikilmiş bir qala var və onları birləşdirən heç bir tikinti qarışığı görünmür.... Digərlərinə daşdan tikilməsi və tikinti qarışığının olmamasında bənzəyən bu tikili, demək olar ki, təpələr ilə əhatə olunmuşdur və onlardan biri hündürlüyü 22 metrdən çox olan bir qüllədir. Ölkənin yerli sakinləri, bu tikililəri dillərində "məhkəmə" mənasını verən Symbaoe adlandırırlar. |
Dağıntılar üç fərqli memarlıq qrupu təşkil edir. Onlar Təpə kompleksi, Vadi kompleksi və Böyük əlavə kimi tanınırlar. Təpə kompleksi ən qədimidir və IX əsrdən XIII əsrə qədər tutulmuşdur. Böyük əlavə XII–XV əsrlərdə, Vadi kompleksi isə XIV–XVI əsrlərdə tutulmuşdu.[6] Böyük əlavə bir sıra tikilini əhatə edən və daha gənc bir xarici divarın əhatə etdiyi daxili divardan ibarətdir. İki divar arasında diametri 5.5 m (18 ft), hündürlüyü isə 9 m (30 ft) olan Konus qüllə inşa edilmişdir.[16] Vadi Kompleksi, müxtəlif dövrlərə aid olan Yuxarı və Aşağı Vadi qalıqlarına bölünür.[6]
Abidədən toplanmış ən əhəmiyyətli əsərlər səkkiz Zimbabve quşudur. Bunlar insan hündürlüyündəki monolitlərin zirvələrindəki şistdən oyulmuşdur.[17] Digər sənət əsərlərinə talkoxlorit (sabun daşı) heykəlciklər (bunlardan biri Britaniya Muzeyindədir[18]), dulusçuluq, dəmir barmaqlıqlar, əl ilə işlənmiş fil sümüyü, dəmir və mis məftillər, dəmir toxa, tunc nizə başlıqları, mis külçələr və çubuqlar, qızıl muncuqlar, bilərziklər və s.daxildir.[19][20] Krallığın beynəlxalq ticarət əlaqələrini təsdiqləyən digər xarici əsərlər arasında Çin və Farsdan gəlmiş[21] şüşə muncuq və çini də var idi. Bu gün də qalmaqda olan böyük şəhərin böyük daş dağıntılarına səkkiz, sabun daşından oyulmuş monolit quşlar daxildir. Şona mədəniyyətində Terathopius ecaudatus-un yaxşı bir əlamət, qoruyucu ruh və tanrıların elçisini təmsil etdiyidüşünülür.[22]
Arxeoloji dəlillər, şəhərin Kilva[23] ilə əlaqəli olduğunu və Çinə qədər uzanan bir ticarət şəbəkəsinin bir hissəsini yaratdığını göstərən tapıntılarla birlikdə Böyük Zimbabvenin ticarət mərkəzinə çevrildiyini göstərir. Kilva-Kisivanidə tapılan mis sikkələrin, Suahili sahillərində tapılan eyni saf filizdən olduğu göründü.[24] Bu beynəlxalq ticarətdə əsasən qızıl və fil sümüyü rol oynayırdı. Bəzi hesablamalar yerdən 20 milyon unsiyadan çox qızıl çıxdığını göstərir.[25] Bu beynəlxalq ticarət, maldarlığın xüsusilə vacib olduğu yerli kənd təsərrüfatı ticarətinə əlavə idi.[13] Şəhəri təmin edən iri mal-qara sürüsü mövsümi olaraq köç edirdi və icma tərəfindən idarə edildi.[17] Zimbabvedə Çin saxsı qabları, Ərəbistanın pulları, şüşə muncuqlar və digər yerli olmayan əşyalar aşkar edilmişdir. Bu güclü beynəlxalq ticarət əlaqələrinə baxmayaraq, Böyük Zimbabve və Kilva kimi mərkəzlər arasında memarlıq üslubları mübadiləsini təklif edən bir dəlil yoxdur.[26]
Sahənin təxminən 1450-ci illər ətrafındakı tənəzzülünün və tərk edilməsinin səbəbləri kimi, şimaldakı ərazilərlə müqayisədə ticarətin aşağı düşməsi, qızıl mədənlərinin tükənməsi, siyasi qeyri-sabitlik və iqlim dəyişikliyi nəticəsində yaranan qıtlıq və su azlığı irəli sürülmüşdür.[27][13]