Böyük diktator

Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi.

Böyük diktator
ing. The Great Dictator
Janr Komediya
Əsas mövzu Faşizm[1], Antisemitizm[2]
Rejissor Çarli Çaplin
Prodüser Çarli Çaplin
Ssenari müəllifi Çarli Çaplin
Baş rollarda Çarli Çaplin
Polett Qoddar
Operatorlar Karl Strass
Roland Totero
Bəstəkarlar Meredit Uillson
Çarli Çaplin
İstehsalçı Charles Chaplin Productions
İlk baxış tarixi 15 oktyabr 1940
Müddət 124 dəqiqə
Büdcə $2 milyon
Gəlir $5 milyon
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1940
Rəng ağ-qara
Çəkiliş yeri Los-Anceles, Kaliforniya, Malibu
IMDb ID0032553
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür.

İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir.

Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir. Orada xüsusi zabitlər qoyulur. Lakin bərbərin bundan xəbəri olmur. O, 20 il komada olur. Xəstəxananı tərk edəndən sonra öz bərbərxanasına gəlir və buranı qaydaya salmağa başlayır. Bərbər öz işinin başına qayıdır. Bu zaman zabitlərdən biri bərbərxananın şüşəsinə "yəhudi" sözü yazır. Bərbər onu saxlamaq istəyəndə vuruşma başlayır. Və bu dəmdə bərbərin qonşusu gözəl və cazibədar Hanna ona kömək edir. Hətta zabitlər gedənə qədər bərbəri öz evində saxlayır. Bir qədər sonra zabitlər tökülüb gettoya gəlir. Və bərbəri tuturlar. Onu təsadüfən Şultsun gəlişi xilas edir. O Şults ki, bir vaxtlar müharibədə bərbər onu xilas etmişdi. Bu illər ərzində Şults böyük bir mövqeyə gəlib çatmışdı.

Hinkel bütün dünyaya hömranlıq etmək fikrinə düşür. Bu fikri həyata keçirməyə ilk yol kimi Osterlixi (Avstriyaya işarə) zəbt etməyi görür. Amma heç bir dövlət Tomaniyaya kredit vermir. Yeganə pul verə biləcək adam yəhudi bankir Epşteyndir. Epşteyni ələ almaq üçün Hinkel yəhudilərin təqibini dayandırmağı əmr edir. Bundan sonra gettoda vəziyyət müəyyən qədər sabitləşir. Zabitlər daha mülayim olurlar. Bərbər Birinci dünya müharibəsinə qədər olduğu kimi yenə də öz sənətilə məşğul olmağa başlayır. Getdikcə bərbər və Hanna bir-birlərinə qarşı ciddi hisslər keçirməyə başlayırlar.

Bankir isə diktatorun müraciətinə etiraz edir. Diktator yəhudilərin daha böyük miqyasda təqibinə göstəriş verir. Zabitlər gettonu dağıtmağa başlayırlar. Bərbərlə Hanna dama çıxaraq canlarını qurtara bilirlər.

Şults Hinkelin məhvə məhkumluq və amansızlıq ideyasını dərk edərək, buna qəti etirazını bildirir. Hinkelin qərarı isə bu olur: Şults konslagerə düşür. Bir dəfə Şults oradan qaçmağa müvəffəq olur və gettoda gizlənir. Getto sakinləri Hinkelin qərargahını partlatmaq qərarına gəlirlər. Lakin digər insanların ölümünü istəməyən Hannanın səyi ilə bu baş tutmur.

Bu vaxt ərzində Hinkelin Osterlixə hücümunu daha bir şəxs – onun müttəfiqi Bakteriya dövlətindən olan Napaloni (Mussolini və İtaliyaya işarə) də dəstəkləyir. Napaloni buna hətta qismən nail olur. Elə bu səbəbdən Napaloni danışıqlar üçün Tomaniyaya dəvət olunur. Danışıqlar zamanı bir komik səhnələr baş verir. Və sonda Hinkel öz müttəfiqini aldadır.

Bu zaman gettoda zabitlər Şultsu axtarır. Bərbər Şultsa kömək etmək qərarına gəlir. Onlar dama çıxanda hamısı tutulur və konslagerə göndərilir. Hanna da daxil olmaqla bəzi qonşular Osterlixə qaça bilirlər.

Bir qədər sonra Şultsla bərbər hərbi formada konslagerdən qaça bilirlər. Onlar Osterlixə getmək üçün sərhəddə gəlirlər. Bu zaman Tomaniya hərbçiləri Osterlixə hücuma hazırlaşırlar. Hinkel isə ördək ovuna çıxanda təsadüfən qayıqdan suya yıxılır. Zabitlər oradan keçəndə onu yəhudi bərbəri hesab edib onu tutub konslagerə aparırlar. Digər tərəfdən isə, hərbçilər bərbəri Hinkel bilirlər.

Mitinqdə diktator nitq söyləməli idi. Bərbər həyəcanla mikrofona yaxınlaşır və heç kimin Hinkeldən gözləmədiyi sözləri deyir. Heç bir yeri işğal etmək istəmədiyini, bütün dünyadakı insanların qardaş olduğunu, hamının bir-birinə kömək etməli olduğunu, insanların öz nəfsləri naminə insanlıqdan əl çəkməməsini, tiranlara qarşı birləşməli olduqlarını deyir. Öz nitqinin sonunda bərbər Hannanın adını çəkir. Hanna isə bütünlüklə bu nitqi və diktatorun onun adını çəkməsini radioda eşidir.

Filmin son kadrı belədir: Hanna optimist hislərlə başını ucalığa doğru qaldırır.

  • Filmin böyük hissəsi Çarli Çaplinin "Chaplin Studios" kinostudiyasında, şəhərətrafı yerlər isə Los-Ancelesdə çəkilmişdir.
  • Filmin premyeraları 1940-cı ilin sentyabrında Nyu-Yorkda, oktyabrında ABŞ-də, dekabrında isə Böyük Britaniyada keçirilmişdir. Filmin Fransa premyerası isə 1945-ci ilin aprelində, Parisin azad edilməsindən sonra oldu.
  • Belə bir fakt var ki, Adolf Hitler həqiqətən bu filmə baxmışdı. Bunu eşidən Çaplin demişdi: "Mən Hitlerin filmi necə qarşıladığını öyrənmək üçün hər şeydən keçərdim".
  • Film ilk premyerasından sonra amerikalılar tərəfindən çox yaxşı qarşılanmışdı.

1941-ci ilin "Oskar"mükafatı:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı film
Ən yaxşı kişi roluna görə aktyorÇarli Çaplin
İkinci planda ən yaxşı aktyorCek Ouki
Ən yaxşı musiqi – Meredit Uillson
Orijinal ssenari – Çarli Çaplin

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Çarli Çaplin
Rejissor: Çarli Çaplin
Operatorlar: Karl Strass, Roland Totero
Bəstəkarlar: Meredit Uillson, Çarli Çaplin
Prodüser: Çarli Çaplin
Aktyor Rol
Çarli Çaplin Adenoid Hinkel / bərbər
Polett Qoddar Hanna
Cek Ouki Benzino Napaloni
Recinald Qardiner Şults
Henri Deniel Qarbiç
Billi Qilbert Herrinq
Qreys Heyl madam Napaloni
Karter de Heyvn səfir